Bilgəhdəki 12 milyonluq villanı alan şəxsin adı gizli qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Bilgəhdəki 12 milyonluq villanı alan şəxsin adı gizli qalacaq

Sosial

02 Fevral 2024 10:37 4883


Bakı şəhərində villa rekord qiymətə - 12 milyon manata satışa çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, mülk Bilgəh qəsəbəsində yerləşir. 

100 sot həyətyanı ərazisi olan villa eksklüziv dizayner mebelləri, əntiq çilçıraqlar və rəsm əsərləri ilə təchiz olunub.  pizza hut

Elanda qeyd olunur ki, iqamətgah Bilgəhin ən dəbdəbəli küçəsində tikilib. 2 mərtəbəli lüks villanın ümumi sahəsi 1600 kvadrat metrdir və 12 otaqdan ibarətdir. 

Villada bilyard otağı, kino zalı, qapalı hovuz və sauna da var. 

Mülkün həyətyanı sahəsində müxtəlif meyvə və dekorativ ağaclar əkilib.

Bütün sənədlərinin qaydasında olduğu bildirilən villanı alacaq şəxsin məxfiliyinin qorunacağına söz verilir.

Əsmətxanım Rzazadə 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!