“Bilik Günü” ilə bağlı bütün tədbirlər ləğv olundu – Nazirdən tapşırıq

saytların hazırlanması

Evə çatdırılma

“Bilik Günü” ilə bağlı bütün tədbirlər ləğv olundu – Nazirdən tapşırıq

Sosial

14 Sentyabr 2022 08:37 17681


Elm və Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə Azərbaycanın bütün təhsil müəssisələrində sabah – sentyabrın 15-də “Bilik Günü” ilə bağlı nəzərdə tutulan tədbirlər ləğv olunub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu haqda təhsil müəssisələrinin rəhbərlərinə, kollektivlərinə tapşırıq verilib, hər hansı təntənəli tədbirin keçirilməməsi diqqətə çatdırılıb.

Bundan əlavə həm tədris ilinin başlanması, həm də siniflərdə ilk dərslər şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayacaq. Dördpendirli pizza

Bildirək ki, sentyabrın 13-ü gecə Ermənistanla sərhəddə toqquşma baş verib və rəsmi açıqlamaya görə 50 hərbiçimiz şəhid olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!