Bill Qeytsdən koronavirus açıqlaması: “Son çox da uzaqda deyil“

saytların hazırlanması

Evə çatdırılma

Bill Qeytsdən koronavirus açıqlaması: “Son çox da uzaqda deyil“

Sosial

09 Dekabr 2021 16:54 1045


Koronavirusun yeni ştammlarının ortaya çıxmasına və peyvəndlərin kifayət qədər olmamasına baxmayaraq, COVID-19 pandemiyasının kəskin mərhələsi gələn ilin əvvəlində başa çata bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Microsoft”un yaradıcısı Bill Qeyts şəxsi bloqunda məlumat paylaşıb.

O, etiraf edib ki, "delta" ştammının belə yoluxucu variantının meydana çıxacağını və insanların peyvənd olunmağa və maska taxmağa bu qədər uzun müddət inandırılmalı olacağını gözləmirmiş. Sezar pizza

"Lakin ümid edirəm ki, son çox da uzaqda deyil. Başqa bir proqnoz vermək ağılsızlıq olardı, amma düşünürəm ki, pandemiyanın kəskin mərhələsi 2022-ci ildə başa çatacaq".

“Omikron” ştammının narahatlığına baxmayaraq, qlobal ictimaiyyət indi əvvəlki mərhələlərə nisbətən virusla mübarizə aparmaq üçün daha yaxşı təchiz olunub”, - Bill Qeyts deyib. (modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!