“Bina jurnalistlərə veriləcək” – Rəşad Məcid üçüncü binadan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Bina jurnalistlərə veriləcək” – Rəşad Məcid üçüncü binadan danışdı

Sosial

20 Avqust 2021 16:44 2925


“Junalistlər binasının şəhid ailələri və qazilərə verilməsi ilə bağlı Prezidentə ünvanlanan müraciətə mənim də imza atmağım üçün dedilər. Sadəcə imtina etdim”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid  Bakupost-a müsahibəsində deyib. O, bildirib ki, müraciət yayımlanmamışdan əvvəl də bu söhbətlər gedirdi:

“Hətta Milli Mətbuat günü ərəfəsində hamımız danışmışdıq bu barədə. “Niyə jurnalistlərə ev verilir?” sualının açıqlamasını dəfələrlə izah da etmişik. Özüm də o binadan ev almışam, indi həmin evdə oğlum yaşayır. Mən elə ola-ola gedib o müraciətə imza ata bilməzdim.  Dördpendirli pizza

İki binadan baş redaktorlar, müavinlər ev alıb. İndi sıravi jurnalistlərə sıra çatıb. Üçüncü bina onlar üçün nəzərdə tutulmuşdu və mediada stajı az olan jurnalistlər ümidlərini o binaya bağlamışdılar. Bu məqamda da sən de ki, biz bu binanı veririk şəhid ailələrinə. Hesab edirəm bu addım jurnalistlərə qarşı ədalətsizlik idi. Bundan başqa, bu cəmiyyətdə qarşıdurma yaratmaq idi. Həssas yerdən vurmaq idi jurnalistləri. Mən ümid edirəm bu ideya heç reallaşmayacaq. Hər halda belə məsələlərdə həssas olmaq lazımdır. Jurnalistlər cəmiyyətin hər zaman üst, ziyalı, ictimai rəyi yönləndirən təbəqəsi olub”.

Rəşad Məcid deyib ki, əvvəlki iki binada ədalətsiz ev əldə edənlər olduğu ilə bağlı deyilənlər həqiqətəuyğundur: “Əlbəttə ədalətsizliklər olub. Elə adamlar var idi o binalarda haqqı olmadığı halda ev aldılar, ehtiyacı olanlar kənarda qaldı. Amma haqqı olmadan ev alanların sayı elə də çox deyildi inan. Uzaq başı elə adamların sayı 50 nəfər olardı. O binadakı 450 evdə indi yaşayan jurnalistlərin çoxu həqiqətən ehtiyacı olan jurnalist ailələridir”.

Rəşad Məcid üçüncü binanın taleyindən də danışıb: “Mən düşünürəm ki, bu bina elə arzusunda olan jurnalistlərə veriləcək və verilməlidir. Bakı şəhərində şəhid ailələri o qədər çox deyil. Dövlətin bütün şəhid ailələrini evlə təmin etməyə gücü var. Bir tərəfdən də şəhid ailələrini bir binaya yığmaq düzgün deyil. Bunun mənəvi tərəfləri var. Hazırda evlərin paylanılması ilə bağlı kriteriyalar müəyyənləşdirməyin özü çətin bir məsələ kimi qarşıda dayanır. Amma düşünürəm ki, bir az ictimai fikrə diqqət yetirilsə Azərbaycanda hansı jurnalistlərin o evlərə ehtiyacının olmasını müəyyən etmək elə də çətin olmayacaq. Bunun üçün uzunmüddətli araşdırmalar aparmağa ehtiyac yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Misirxanova Rəhilə İsmayıl qızı
    Çox sağ olun, Rəşad müəllim. 33 ildir mətbuatda çalışıram. Ev gözləyənlərdən biri də mənəm. İki jurnalist 16 kv.m-lik gecəqonduda yaşayırıq. Kaş ki, bizə də ev verəydilər. Ötən bölgüdə vermədilər. Əli Həsənovun komandası müraciətimin müsbət həll olunacağını dedi, sonra isə...Elə gözləyirəm ki. Aİİ-də işləyirəm.
    5 years ago