Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verildi 

saytların hazırlanması

Evə çatdırılma

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verildi 

Sosial

17 Oktyabr 2023 11:55 362


Binəqədi, Sumqayıt və Abşeronun sərhədləri yenidən müəyyən edilir. 

Yenisabah.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

Belə ki, iclasda “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi deputatların müzakirəsinə təqdim edilib.  Dördpendirli pizza

Dəyişikliyə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsi ərazisindən 1213 hektar torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir. 

Digər dəyişikliyə əsasən, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!