Binəqədi və Xəzər rayonları yağış sularından təmizləndi

saytların hazırlanması

Evə çatdırılma

Binəqədi və Xəzər rayonları yağış sularından təmizləndi

Sosial

26 Sentyabr 2021 19:22 724


26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakı şəhərində bəzi fərdi evlər və həyətyanı sahələrin, kommunikasiya obyektinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb edilib. Dominos pizza

Görülmüş tədbirlər sayəsində paytaxın Binəqədi və Xəzər rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!