“Bir ağac-min nəfəs” aksiyası davam edir

saytların hazırlanması

Evə çatdırılma

“Bir ağac-min nəfəs” aksiyası davam edir

Sosial

17 Noyabr 2022 18:37 741


 “Bir ağac-min nəfəs” aksiyası bu dəfə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib və vətəndaşlardan ümumi tutumu 123 litr olan plastik, 9 litr şüşə tullantı və 44 ədəd işlənmiş batareya təhvil götürülüb, əvəzində vətəndaşlara ağac tingləri paylanılıb.

Yenisabah.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi ölkədə yaşıllıqların artırılmasına töhfə vermək, eyni zamanda tullantıların təkrar emalına dəstək olmaqdır.

S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya 18 noyabr tarixində  saat 11:00-da Binəqədi-Xırdalan şossesində yerləşən “Neptun” hipermarketin qarşısında keçiriləcək. pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!