“Bir çörək alıb beş gün yeyirəm, yazıq kasıb neyləyəcək...”

saytların hazırlanması

Evə çatdırılma

“Bir çörək alıb beş gün yeyirəm, yazıq kasıb neyləyəcək...”

Sosial

06 Yanvar 2022 08:42 903


“Deyirlər ki, ərzağın qiyməti bütün dünyada qalxıb. Qorxa-qorxa artıq gedib düşmüşəm quyunun dibinə və indi ordan mən necə çıxacam. Nəinki mən, elə bütün millət o quyunun dibindədir”

Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev ölkədə unun qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib. Ə.Mirəliyev aztəminatlı ailələrin buna görə əziyyət çəkəcəyini bildirib:

“Gün-gündən hər şey pisləşir. Kasıbın yeyib qarnını doyurduğu şey çörək idi. İndi onun da qiyməti qalxdı. Pensiya və maaşlarda 10 manat artım olandan sonra nə gözləmək olar ki. Məsələ ondadır ki, artıq bir çox ailələrin çörək almağa imkanı olmayacaq. Mən təkəm, bir çörək alıb beş gün yeyirəm. Bəs o yazıq kasıb uşaqlarıyla birlikdə necə dolanacaq? Gündə beş dənə çörək almalıdır. İndi artıq çörəyin çəkisini də azaldıblar. Vallah bilmirəm nə deyim, Allah hamımıza kömək olsun”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!