“Bir çox qıcıqlandırıcı aparıcı efirdən yoxa çıxıb”   - Qulu Məhərrəmli 

saytların hazırlanması

Evə çatdırılma

“Bir çox qıcıqlandırıcı aparıcı efirdən yoxa çıxıb” - Qulu Məhərrəmli 

Sosial

06 Noyabr 2021 12:10 2779


Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 90 il əvvəl məhz tarixin bu günü  Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb.

“Peşə bayramı günündə tənqidləri bir qırağa qoysaq, deyə bilərik ki, son 2 ildə televiziya və radiolarda müəyyən müsbət prosseslər gedir”.

Bu sözləri Yenisabah.az-a media eksperti Qulu Məhərrəmli deyib. Dördpendirli pizza

Onun sözlərinə görə, hətta parlamentdə televiziya verlişlərinin tənqid olunması müəyyən dərəcədə təsirlidir:

“Son dövrün hadisələri onu göstərdi ki, tele-radio hələ də cəmiyyətə öz təsir gücünü saxlayır. Pandemiya dövründə, 2-ci Qarabağ müharibəsində vətəndaşlar televiziyaya daha çox baxmağa başladılar. Hətta baxmadıqları teleproqramlara baxmağa başladılar. Açığı, bunun səbəbi internetin yoxluğu ilə bağlı idi.

Mütləq qeyd etməliyəm ki, verlişi hazırlayanlar, tamaşaçıya təqdim edənlər eyni məsuliyyəti hiss etmirlər. Bu gün televiziyanın ən ciddi problemi xəbər sisteminin arzu olunan səviyyədə olmamasıdır. Televiziyada xəbərlərin bir çoxu təbliğat xarakteri daşıyır. Pafos, süni dil konstruksiyaları həddindən artıqdır. Bunlardan çəkinmək lazımdır. Yaxşı tendensiyalardan biri kimi ictimai-müzakirə proqramlarının nisbətən artmasıdır ki, bayağı şoulardan çəkindirir. Bir çox qıcıqlandırıcı aparıcı efirdən yoxa çıxıb. Onların tam sıradan çıxması üçün isə bu tərz proqramların çoxalması, bayağılıqdan uzaqlaşmaq lazımdır. 

Efirlərdə plüralizmin lazımi səviyyədə olmaması da mənfi hallardan biridir. Maarifləndirmə xüsusiyyətinin İTV-də daha çox olduğunu müşahidə edirəm”.

Qulu Məhərrəmli televiziyaların uzun ömrülü olmasının sirrlərini açıqlayıb:

“Televiziyaların sərbəstliyi artmalıdır və televziyalara maliyyə dəstəyinin göstərilməsi tənzimlənməlidir. Azadlıq və sərbəstlik, üstəgəl peşekarlıq - bu formula əməl edən televiziyalar hər zaman uğur qazanacaq”.

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Dilrubi
    Qulu müəllim həmişə ümumi danışır. Hədəf yox, qınaq obyekti yox. O elə fikirləşirsə ki, “Bir çox qıcıqlandırıcı aparıcı efirdən yoxa çıxıb”, izləyici/oxucu tamam fərqli mənzərəni görür. Əksinə, şou, bayağı məzmun şahə qalxmaqdadır.
    5 years ago
  • RAHİM
    HÖRMƏTLİ QULU MÜƏLLİM SALAM. XALQIN ƏN ÇOX NARAZI QALDIĞI AZTV- İN ŞƏXSİ AİLƏ TV- DİR İSTEDADLILAR ZORLA ORADAN UZAQLAŞDIRILIR.
    5 years ago