ABŞ Qırğıstana təzyiq göstərmək və anti-Rusiya sanksiyaları məsələsində öz tərəfinə keçmək istəyir.
Yenisabah.az “Kabar”a istinadla xəbər verir ki, bunu prezident Sadır Japarov bildirib.
"Bir çox tanınmış siyasətçilərdən adıma məktublar gəlir. Mən bunu Qırğızıstana təzyiq etmək və öz tərəfimizə çəkmək üçün ümumi bəhanə kimi qiymətləndirirəm. Amma buna imkan verməyəcəyik. Biz müstəqil ölkəyik. Bu mövqedə qalacaq, çoxvektorlu xarici siyasət yürüdəcəyik”, - deyə Japarov vurğulayıb. Dominos pizza
Bundan əvvəl ABŞ senatoru Robert Menendezin Qırğızıstan prezidentinə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara əməl olunmasını xahiş etdiyi məktub göndərildiyi barədə məlumatlar yayılıb.
Japarov qeyd edib ki, Qırğızıstanın Rusiyaya sanksiyalardan yan keçməsinə kömək etdiyini düşünməyə əsas yoxdur:
"Rusiya və Çin kiçik Qırğızıstandan asılı deyil. Bu ölkələr onsuz da qonşu dövlətlərdir. Aralarında 4 min kilometr ümumi sərhəd var. Rusiya istəsə, istədiyi malı vaqon və ya barjalarla dəniz yolu ilə gətirə bilər.
Biz əvvəlcədən bəyan etmişdik ki, Ukrayna məsələsində neytral mövqedən çıxış edirik. Gələcəkdə də bu mövqeyə sadiq qalacağıq. Mövqeyimizi dəyişsək də, dəyişməsək də, vəziyyət heç bir istiqamətdə dəyişməyəcək. Bu, bizdən asılı deyil”.
Telegram kanalımız