“Aygün bir çox Xalq artistindən yaxşı oxuyur”.
Yenisabah.az xəbər verir ki, bu sözləri rejissor və aktyor Kənan M.M deyib.
Şəxsi həyatı ilə gündəmə gələn sənətçi "Üzə-düz" proqramına qonaq olarkən ailəsindən danışıb: Marqarita pizza
“Biz Aygünlə ailə həyatı quranda bilirdik kimik… Sonradan məşhurlaşmadıq. Ailə quranda heç kimdə nəsə dəyişmədi. Aygün bir çox Xalq artistindən yaxşı oxuyur. Sənət də, vətən sevgisi kimi bir şeydir. Mən 100 dəfə də bu dünyaya gəlsəm, yenə özümü bu sənətdə görürəm”.
Qeyd edək ki, Kənan M.M xanımı müğənni Aygün Şükürova ilə 2008-ci ildə evlənib. Cütlüyün 3 övladı var.
Telegram kanalımız