Bir il keçdi...

saytların hazırlanması

Evə çatdırılma

Bir il keçdi...

Dünya

06 Fevral 2024 08:10 1621


Ötən il fevralın 6-da Türkiyə tarixinin ən böyük fəlakəti ilə qarşılaşdı. Həmin tarixdə baş verən və əsrin fəlakəti olaraq qiymətləndirilən dağıdıcı zəlzələlərdən bir il ötür. Mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan bu yeraltı təkanların şiddəti 500 atom bombası gücünə bərabər hesablanıb. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 min 537 nəfər həlak olub, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb.

"Yeni Sabah" xəbər verir ki, Türkiyənin 11 vilayəti və 14 milyon insanı öz təsiri altına alan zəlzələ 120 min kilometrlik ərazini əhatə edib.

Şəhərləri, kəndləri yerlə-yeksan edən bu yeraltı təkanların gücündən Hatayda yer səddində 400 metr uzunluğunda nəhəng çat meydana gəlib, Qaziantepdə iki təpə birləşib, Qaziantepin Nurdağı vilayətində bir kənd iki hissəyə ayrılıb, Kahramanmaraşın Çiğli kəndi 6,5, Değirmenkaya kəndi isə 6 metr sürüşüb.

Təbii fəlakət zamanı dağıntılar altında qalan minlərlə insan yardım gözləyirdi. Lakin fəlakətin şiddəti və əhatə dairəsi bu işləri olduqca çətinləşdirirdi. Yolların çökməsi, aeroportların, dəmir yollarının sıradan çıxması, dənizin daşması nəqliyyat vasitələrinin hərəkətini dayandırdı.

İndi zəlzələ bölgəsində 2 milyon 302 min binada və 6 milyon 227 min müstəqil evdə dəymiş ziyanın qiymətləndirilməsi aparılıb və indiyədək dağıntıların təmizlənməsi prosesinin 91 faizi tamamlanıb. Yeraltı təkanların baş verdiyi şəhər mərkəzləri və kəndlərdə 307 min binanın tikintisinə başlanılıb. Hazırda bölgədə inşa edilən ilk evlərin açarları mərhələli şəkildə sahiblərinə təqdim edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!