"Cənab Pezeşkianın Azərbaycan Prezidenti ilə şifahi ünsiyyəti iki ölkənin münasibətlərini dəyişdirib".
"Yeni Sabah" snn.ir-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, prezidentin birbaşa ünsiyyətinin İranın regional münasibətlərindəki roluna toxunub: "Cənab Pezzekianın kürd dilində danışması İranın İraq Kürdüstanı ilə münasibətlərinə əhəmiyyətli dərəcədə təsir göstərib və bu münasibətlərə fundamental dəyişikliklər gətirib". pizza sifarişi
A.Əraqçi İran-Azərbaycan Respublikası münasibətlərinə toxunaraq qeyd edib:
"40 günlük müharibə zamanı iki ölkə arasında münasibətləri pisləşdirən bir problem yarandı, lakin Prezidentin İlham Əliyevə telefon zəngi və bir neçə Azərbaycan atalar sözünün istifadəsi səhifəni çevirdi".
Xarici işlər naziri bu cür birbaşa ünsiyyəti və qonşu ölkələrin dili və mədəniyyəti ilə tanışlığı münasibətlərin möhkəmləndirilməsində və bəzi anlaşılmazlıqların həllində təsirli amil hesab edib.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian İlham Əliyevlə 2 saatlıq telefon söhbəti ilə münasibətlərin hamarlandığını etiraf etmişdi.
Əziz Rzazadə
Telegram kanalımız