Bir vaxtlar insanlar məktubun cavabını günlərlə gözləyir, istədikləri məhsulu almaq üçün növbəyə dayanır, məqsədlərinə çatmaq üçün uzun müddət çalışırdılar. İndi isə mesajın bir neçə dəqiqə cavabsız qalması, sifarişin gecikməsi, tıxacda gözləmək və ya internetin yavaş işləməsi belə insanlarda əsəb və narazılıq yarada bilir. Bəs müasir insan niyə gözləməyə əvvəlkindən daha az dözümlü görünür?
“Yeni Sabah” xəbər verir ki, səbirsizlik təkcə insanın xarakteri ilə bağlı deyil. Müasir həyatın sürəti, texnologiyanın yaratdığı ani nəticə gözləntisi, gündəlik stress və emosiyaları idarə etməkdə çətinlik bu davranışa təsir göstərə bilər.
Smartfonlar və rəqəmsal xidmətlər insanları bir çox işi saniyələr ərzində görməyə alışdırıb. Bir toxunuşla yemək sifariş etmək, istənilən məlumatı axtarmaq və uzaqdakı insanla əlaqə saxlamaq mümkündür. Bu rahatlıq gündəlik həyatı asanlaşdırsa da, bəzi hallarda gözləməyə münasibəti də dəyişə bilər. İnsan sürətli nəticəyə öyrəşdikdə, gecikməni adi hal kimi deyil, aradan qaldırılmalı maneə kimi qəbul edə bilər. pizza mizza
Araşdırmalar mobil texnologiyadan daha çox istifadə ilə dərhal mükafat əldə etmək meyli və impulsiv davranış arasında əlaqə olduğunu göstərib. Bununla belə, bu nəticə telefon istifadəsinin mütləq səbirsizliyə gətirdiyini sübut etmir: əvvəlcədən impulsivliyə meyilli insanlar da telefonlardan daha çox istifadə edə bilərlər.
Səbirsizliyin digər səbəblərindən biri gündəlik stressdir. İş yükü, maddi qayğılar, vaxt çatışmazlığı və şəxsi problemlər insanın emosional resurslarını azalda bilər. Belə vəziyyətdə adi gecikmə belə daha böyük problem kimi görünür. İnsan onsuz da gərgin olduqda növbədə gözləmək, nəqliyyatın gecikməsi və ya qarşı tərəfin gec cavab verməsi onun səbrini daha tez tükədə bilər.
Maraqlı məqamlardan biri də budur ki, gözləməyin nə qədər çətin olması insanın həmin gözləməyə verdiyi mənadan asılıdır. 2022-ci ildə “Trends in Cognitive Sciences” jurnalında dərc olunan elmi məqalədə səbirsizliyin iki əsas tərəfi fərqləndirilir: insan gözləməyi çətin hesab edə bilər və ya gözləməyin buna dəymədiyini düşünə bilər. Deməli, məsələ təkcə vaxtın uzunluğunda deyil, gözləməyə münasibətdə dədir.Sosial şəbəkələr də bu prosesdə rol oynaya bilər. İnsanlar daim yenilənən paylaşımlar, bildirişlər və qısa videolar arasında olduqda diqqətləri tez-tez bir fəaliyyətdən digərinə keçir. Telefon bildirişlərinin hətta cihazdan istifadə edilmədiyi halda belə diqqət tələb edən tapşırıqlara mane ola bildiyini göstərən tədqiqatlar var. Bu, insanın diqqətini uzun müddət bir işdə saxlamağını çətinləşdirə bilər, lakin bunun birbaşa səbirsizliyə gətirdiyini demək üçün əlavə sübutlar lazımdır.
Səbirsizlik münasibətlərdə də özünü göstərir. Mesaja dərhal cavab gözləmək, qarşı tərəfin fikrini sona qədər dinləməmək, mübahisə zamanı tez nəticə çıxarmaq və hər şeyin istənilən vaxtda baş verməsini tələb etmək ünsiyyətdə gərginlik yarada bilər. İnsan öz gözləntisini norma hesab etdikdə başqasının fərqli tempdə hərəkət etməsini hörmətsizlik və ya laqeydlik kimi yozmağa başlayır.
Bununla belə, insanların əvvəlki nəsillərlə müqayisədə mütləq daha səbirsiz olduğunu söyləmək düzgün olmaz. Amerika Psixologiya Assosiasiyasının 2018-ci ildə təqdim etdiyi araşdırmada uşaqların mükafatı gözləmək qabiliyyəti müqayisə edilib və 2000-ci illərdə iştirak edən uşaqların əvvəlki dövrlərdəki uşaqlardan daha uzun gözləyə bildiyi müəyyən olunub. Bu nəticə “müasir nəsil daha səbirsizdir” fikrinin hər vəziyyətə aid edilə bilməyəcəyini göstərir.
Beləliklə, müasir insanın səbirsiz görünməsi texnologiya, stress, yüksək gözləntilər və diqqətin tez-tez yayınması kimi müxtəlif amillərlə əlaqəli ola bilər. Səbir isə insanın dəyişməz xarakter xüsusiyyəti deyil. Gözləmə zamanı diqqəti başqa fəaliyyətə yönəltmək, ani emosional reaksiyadan əvvəl dayanmaq və hər gecikməni şəxsi problem kimi qəbul etməmək bu bacarığın inkişafına kömək edə bilər.
Cəmiyyətin sürəti artdıqca hər şeyin dərhal baş verməsini gözləmək də asanlaşır. Ancaq sürətli yaşamaqla hər şeyə tələsmək eyni deyil. Bəzən insanın səbrini itirməsinin səbəbi vaxtın azlığı deyil, gözləməyə dözmək istəməməsidir.Bir vaxtlar insanlar məktubun cavabını günlərlə gözləyir, istədikləri məhsulu almaq üçün növbəyə dayanır, məqsədlərinə çatmaq üçün uzun müddət çalışırdılar. İndi isə mesajın bir neçə dəqiqə cavabsız qalması, sifarişin gecikməsi, tıxacda gözləmək və ya internetin yavaş işləməsi belə insanlarda əsəb və narazılıq yarada bilir. Bəs müasir insan niyə gözləməyə əvvəlkindən daha az dözümlü görünür?
Aydan Hacı
Telegram kanalımız