Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Sosial

26 İyun 2026 10:04 1050


Naxçıvanda yeniyetmə idmançı vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bu haqda sosial şəbəkədə edilən paylaşımda bildirilir ki, nazirlik kollektivi yeniyetmə cüdoçu Vəli Əliyevin vaxtsız vəfatından dərin kədər hissi keçirir. Pepperoni pizza

“Vəli Əliyev idmana olan sevgisi, istedadı və əzmkarlığı ilə uğurlu gələcək vəd edən cüdoçulardan biri idi. O, cari ilin 18 iyun tarixində keçirilən cüdo üzrə muxtar respublika birinciliyində qızıl medal qazanmışdı.

Mərhumun ailəsinə, yaxınlarına və idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!