Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

Sosial

30 İyun 2026 10:16 100


Yaxın günlərdə şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşlərinin ailələrinə təhvil verilməsi həyata keçiriləcək.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov deyib.

O bildirib ki, 44 günlük müharibədən sonra mətbuata müsahibələr vermiş yüksək rütbəli Ermənistan hərbçiləri, o cümlədən vaxtilə Ermənistan müdafiə nazirinin müavini, sonradan Ermənistan parlamentinin deputatı olmuş general Qaqik Melkonyan, Samvel Babayan və digərləri itkin düşmüş Azərbaycan hərbçilərinin dəfn yerləri barədə məlumatlarının olduğunu dəfələrlə bildirsələr də, həmin məlumatlar hələ də Azərbaycan tərəfinə təqdim edilmir: Dördpendirli pizza

"Hətta Ermənistanın müdafiə nazirinin müavini olmuş general Manvel Qriqoryan mətbuata verdiyi müsahibələrdə azərbaycanlı əsirləri şəxsən saxladığını etiraf etməkdən belə çəkinməyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!