"Facebook, Google, Amazon kimi Qlobal informasiya kompaniyaları ilə yanaşı Amerika və ərəb investisiya fondları Hindistanın informasiya sferasına yatırımlar etmək və bu ölkənin İnformasiya kompaniyaları, o cümlədən JİO Platformsla əməkdaşlıq etmək istəyirlər. Bütün dünyanın ən yaxşı İnfirmasiya Texnologiyaları (İT) müttəxəsislərinin 4-dən 3-ü hindlilərdir. Banqalor şəhərində Hindistanın İT-eksportunun 38 faizi istehsal olunur. Mütəxəssislərin qənaətinə görə yaxın zamanlarda bu vadi dünya informasiya texnologiyalarının əsas mərkəzi sayılan San-Fransiskonun Silokon vadisini ötəcəkdir. Hindistanlı gənclər ildə ölkələrinə 150 milyard dollar vəsait qazandırırlar".
Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev deyib. Parlamentari xatırladıb ki, Rusiyada son 3 ildə İT mütəxəssisləri üçün dövlət hesabına ayrılan yerlər 15 min nəfər artırılıb: "2022/23 -cü tədris ilində ali məktəblərə rəqəmsal iqtisadiyyat üçün 160.413 nəfər (63 ixtisasdan) Dövlət hesabına yerlər ayrılıb. Ruslar hesab edirlər ki, onlara 500.000-dən çox bu sahə üzrə mütəxxəssis lazımdır. Bu ölkəni İT mütəxəssisləri kütləvi şəkildə tərk edirlər. Təkcə ötən il onları sayı 100.000 nəfərə çatıb (Arqumentı i faktı qəzeti). Bunun qarşısını almaq üşün onlara müxtəlif stimullaşdırıcı güzəştlər tətbiq edirlər".
Etibar Əliyev İsrail rəsmilərinə sitinadla bildirib ki, İT mütəxəssisləri ən çox bu ölkəni tərk edirlər. Onlar da bu vacib ixtisas sahiblərini ölkədə saxlamaq üçün mexanizmlər axtarırlar. İT seqmentində işləyən cavanların əlavə vaxt itirməmələri üçün onların işini Orduda alternativ xidmət səviyyəsində tuturlar: Dominos pizza
"Əlbəttə ki, təhsil müasir dövrdə maraqlı, müəyyən mənada zamanı qabaqlayan həyati vacib məsələlərə yönəlməlidir. Buna görə bütün dünyada olduğu kimi bizdə də normal şərait yaradılarsa mütəxəssisləri ölkədə saxlamaq mümkün olacaq.
Bəs, bizdə İT mütəxəssisləri hansı ali məktəbdə hazırlanır? Bacarıqlı müəllimlər varmı? Ölkədə neçə nəfər İT mütəxəssisi var? Neçəsi ölkəni tərk edib? Kadr hazırlığı məsələlərində rəqabət mühiti necədir? Bu peşəni seçənlərə hansı güzəştlər olunur? Mən bu cür təhlillərə rast gəlməmişəm. İT mütəxəssisləri təkcə auditoriyalarda yetişə bilməzlər. Kiçik də olsa onlar üçün VADİ yaratmaq lazımdır. Bizimkilərin başı STEAM-STEAM oynundan açılsa bu barədə düşünərlər. Əlbəttə ki, baş və istək olsa. STEAM çox maraqlı və əhəmiyyətli sinerjidir. Nə fayda, bunu da urvatsız elədilər".
Millət vəkili təəssüflə qeyd edib ki, bir neçə otağa Çin oyuncaqlarını yığıb dala - qabağa fırlatmaqla "innovasiyalar" adı altında külli miqdarda vəsaiti qamarlamağın nəticəsi yaxşı olmayacaq: "Ən sürətlə dala-qabağa gedən oyuncağı Bakı Avropa liseyində gördüm. Bir neçə gün sonra isə təsadüfən həmin oyuncağın bənzərini parkda azyaşlı uşaqların oynatdığını müşahidə elədim.
Paytaxtın mərkəzində yerləşən məktəblərdə belə internet yoxdur, komputerlər yaman gündədir. Bunlar isə xaricə 50 nəfərin turist səfərini təşkil edib, 10 minlərlə dollar vəsaiti havaya sovururlar".
Telegram kanalımız