Bir neçə rayonda leysan, Bakıda isə... -   SON VƏZİYYƏT

saytların hazırlanması

Evə çatdırılma

Bir neçə rayonda leysan, Bakıda isə... - SON VƏZİYYƏT

Sosial

29 Avqust 2026 11:44 117


Avqustun 29-u saat 11:00-a olan məlumata əsasən, Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntı qısamüddətli leysan xarakterli olub. Toyuqlu pizza

Düşən yağıntının miqdarı Balakəndə 8, Kəlbəcər və Gədəbəydə 7, Daşkəsəndə 5, Göygöldə 4, Goranboyda 3, Sədərəkdə 2, Şəki, Tovuz, Şahdağ, Şəmkir, Gəncə, Naxçıvan, Şərur və Şahbuzda isə 1 millimetrədək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s, Naxçıvanda isə 16 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 36, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!