7 İyul - 02:14
“Bir nəfər yalandan demişdi ki, o müsavatçıdır“ - Xanəndə

“Bir nəfər yalandan demişdi ki, o müsavatçıdır“ - Xanəndə

Mədəniyyət

20 May 2022 10:10 2141


“Bir az xəstəyəm, barmağımı şəkərə görə kəsiblər, 3-4 dəfə gözümdən əməliyyat olunmuşam. Gözümün biri sıradan çıxıb, digəri isə çox az görür…”

Yenisabah.az xəbər verir ki, bu sözləri moderator.az-a Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) deyib.

“Səhhəttimə görə də Füzuliyə, doğma Qoçəhmədli kəndimizə hələ də gedə bilməmişəm. Amma getmək arzusundayam. Şuşadan Füzuliyə asfalt yol çəkirlər, qoy o yol tam çəkilib bitsin, yayda həmin yolla Füzuliyə gedəcəyəm.

Kəndimiz üçün, bulaqları, yaylaqları, dağları üçün çox darıxmışam. Mən o dağlarda qoyun otarırdım, səsim dağlarda əks-səda verirdi. Kənddə iki mərtəbəli ev tikdirmişdim, ermənilər hər şeyi məhv ediblər”.

Muğam ustadı fəxri ad alması barədə də danışıb:

“Seyid Şuşinksi o vaxt Füzuliyə gəlib, istedadlı uşaqları seçib, Bakıya aparırdı. Məni də bəyənib Bakıya dəvət etdi. Bakıda bacımgildə qaldım. O vaxt Əlibaba Məmmədov, Qulu Əsgərov, Elmira Rəhimova, Zeynəb Xanlarova kim sənətkarlarla birgə təhsil alırdım. Seyid Şuşinskinin çox qəribə dərs demə texnikası var idi, bütün kursları bir-birinə qatırdı. Muğamları bir-birimizdən öyrənirdik. Zeynəb Xanlarova görürdü ki, kənddən gəlmişəm, kənd uşağıyam, məni çox istəyirdi, dəstək olurdu. Bacı-qardaş münasibətimiz var idi. Hətta o, Milli Məclisdə çıxış edəndən sonra mənə “Əməkdar artist” fəxri adını verdilər. Dedim ki, Zeynəb xanım, bu günə qədər verməyiblərsə, artıq istəmirəm, daha gecdir! Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələn kimi xalq artistlərinə prezident təqaüdü verdi.

O zaman mənim nə adım var idi, nə də bu günki tanınırdım. Bir nəfər ona demişdi ki, Süleyman yaxşı oxuyandır, onun yanında qalmışdı. Demişdilər ki, sənə “Əməkdar artist” adını verəcəyik. Mən də anama demişdim, anam demişdi ki, artist nədir ki, qoy uşaq mahnısını oxusun! Mən də bunu həmin adama deyəndə onu gedib Heydər Əliyevə çatdırmışdı. Bu sözüm ulu öndərin xoşuna gəlmişdi.

Prezident təqaüdlərini xalq artistlərinə verirdilər. Təqaüdləri verəndə demişdi ki, bir qara oğlan var, onun adı niyə siyahıda yoxdur? Bir nəfər yalandan demişdi ki, o müsavatçıdır! Heydər Əliyev demişdi ki, elə şey ola bilməz, tapın onu! Məni axtarıb-tapıb, prezident təqaüdü vermişdilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!