“Bir dəstə quldura, mafioza baş aşpaz rəhbər təyin edilib” -   Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Bir dəstə quldura, mafioza baş aşpaz rəhbər təyin edilib” - Ekspert

Dünya

24 İyun 2023 16:15 1663


"Mən dəqiq bilmirəm, Putin bu muzdluları bir yerə toplayanda ağlında nə vardı. O, ordusunu Ukraynaya göndərməyə utanırdı? Yoxsa "Vaqner"in hesabına, daha çox zorakılıqla müharibəni tez başa vuracağını düşünürdü? Necə olursa-olsun, "Vaqner"i Putin yaradıb və onun üsyanı Putinə təhqirdir".

Yenisabah.az "Shafagna"ya istinadla xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə iranlı ekspert Feridun Məclisi deyib.

O, Rusiyada başlayan qiyamı şərh edib: "Məncə, rus ordusu "vaqner"çilərə daha çox maraq və həvəslə döyüşəcək və qiyamı yatırdacaq".  Dominos pizza

Ekspert əlavə edib: "Müharibənin legitimliyi və ya qeyri-legitimliyi ilə işim yoxdur. Amma hökumət müharibədə xalqına və ordusuna güvənmək əvəzinə, muzdlu mafioz dəstəyə arxalanıb. Mafya isə prinsiplərə inanmır, o, hakimiyyəti ələ keçirdikdə istəyini və ya doğru saydığını edə biləcəyini düşünür. 

Bir qrup quldura baş aşpaz rəhbər təyin edilib. Bu adamın məhkumluğu var və heç bir mənəvi haqqı olmadan Ukraynaya döyüşməyə göndərildi.

Bu insanlar əllərində olan silahlarla özlərini qüdrətli hiss edirlər. Onların ağlına belə bir fikir gəlib ki, bu əraziləri ələ keçirə bildiyimiz halda, niyə də öz ölkəmizdə hakimiyyəti ələ keçirməyək? Yəni onlarda hakimiyyət şəhvəti yaranıb.

Bu davranışın tarixi var və dünyanın bəzi hərbi qrupları üçün adi haldır. Bu qruplar minimum gücə çatan kimi qələbəni şəxsi xidmətləri kimi yozurlar.

İndi Putin hər şeydən çox hakimiyyətini qorumaq haqqında düşünür. O, son ana qədər gözləyir ki, görsün, "Vaqner"in gücü nəyə çatacaq. Çünki bu qrup rasionallığa tabe deyil və illüziyaya qapılıb, nə desən edə biləcəyini düşünür. Amma Rusiya ordusu, yəqin ki, "Vaqner"in qiyamını yatırdacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!