Bir qrup şəhid ailəsinin Türkiyəyə səfəri təşkil olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bir qrup şəhid ailəsinin Türkiyəyə səfəri təşkil olundu - Fotolar

Maraqlı

29 Oktyabr 2023 16:19 759


Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin birgə təşkilatçılığı ilə bir qrup şəhid ailəsinin Türkiyə Respublikasına səfəri təşkil olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində şəhid ailələri Kayseri şəhərində qardaş ölkənin şəhid olan hərbi qulluqçularının ailələri və şəhər rəsmiləri ilə görüşüblər. pizza

Bundan başqa, şəhidlərimizin ailə üzvləri Kayseri şəhərinin görməli yerlərində olub, tarixi abidələri, Xocalı parkını və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni, eləcə də qardaş ölkənin şəhid olan hərbi qulluqçularının məzarlarını ziyarət ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!