Bir saata öləcəyini deyən Ceyhun Əsgərov DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

Bir saata öləcəyini deyən Ceyhun Əsgərov DANIŞDI

Sosial

09 Sentyabr 2022 15:09 1990


Lent.az-ın əməkdaşı bir saata öləcəyini bildirmiş teleaparıcı Ceyhun Əsgərovla əlaqə saxlayıb.

Aparıcı bildirib ki, hazırda evdədir və yardıma ehtiyacı yoxdur. O, paylaşımı həyat yoldaşına görə yazdığını söyləyib. 

Onun yanına getmək, dəstək olmaq istəsək də, razılaşmayıb. Buna ehtiyac olmadığını söyləyib. pizza

Qeyd edək ki, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov qəribə paylaşımı ilə diqqət çəkib. O, öz Facebook hesabında paylaşım edərək bir saata həyatdan gedəcəyini yazıb. Bir çox izləyicilər bunu intihar anonsu kimi qiymətləndiriblər.

Səhhətində problemlər olan Ceyhun Əsgərov uzun müddətdir xəstədir və müalicə almaqdan imtina edirdi. Aparıcı hazırda xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!