Bir səhv bir neçə ailənin həyatını dəyişə bilər: Bunu etməyin! -   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bir səhv bir neçə ailənin həyatını dəyişə bilər: Bunu etməyin! - XƏBƏRDARLIQ

Sosial

12 Oktyabr 2026 11:00 142


Yolda məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Sürücülərdən nasazlıq səbəbindən dayandıqda zəruri tədbirləri görmək, yolda dayanmış avtomobillərə yaxınlaşarkən isə sürəti azaltmaq tələb olunur.

Bu barədə “Yeni Sabah”a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ötən gün Neftçala rayonu ərazisində baş verən zəncirvari qəza yolda dayanmış avtomobillərin yaratdığı təhlükəni bir daha gündəmə gətirib. Nasazlıq səbəbindən dayanan avtomobilin, eləcə də yardım məqsədilə saxlayan digər nəqliyyat vasitələrinin sürücü və sərnişinlərinin təhlükəsizlik qaydalarına əməl etməməsi digər hərəkət iştirakçılarının həyatını riskə ata bilər. pizza sifarişi

BDYPİ-dən qeyd olunub ki, avtomobil nasazlıq səbəbindən dayanmağa məcbur olduqda sürücü nəqliyyat vasitəsini mümkün qədər yolun hərəkət hissəsindən kənara çəkməli, qəza işıq siqnallarını yandırmalı və qəza dayanma nişanını quraşdırmalıdır. Qanunvericiliyə əsasən, yaşayış məntəqələrindən kənarda bu nişan avtomobildən ən azı 30 metr aralıda yerləşdirilməlidir.

Məcburi dayanan avtomobilə yardım etmək istəyən sürücülər də nəqliyyat vasitələrini hərəkət zolağında və ya görünüşü məhdudlaşdıran yerdə saxlamamalıdırlar. Təhlükəsizlik təmin edilmədən yolun hərəkət hissəsində təmir işlərinin aparılması yolverilməzdir. Sürücü və sərnişinlər yolun hərəkət hissəsindən uzaq, təhlükəsiz yerdə gözləməli, imkan daxilində müvafiq xidmətlərə müraciət etməlidirlər.

Yolda dayanmış avtomobilə yaxınlaşan sürücülər sürəti əvvəlcədən azaltmalı, zolağı dəyişərkən diqqətli olmalı və ara məsafəsini artırmalıdırlar. Belə avtomobillərin yanından yüksək sürətlə keçmək, diqqəti yayındıran vasitələrdən istifadə etmək və qəfil manevrlər etmək qəza riskini artırır.

İdarə gecə saatlarında, yağışlı və dumanlı havada, eləcə də görünüşün məhdudlaşdığı digər şəraitdə sürücülərin daha diqqətli olmasının vacibliyini vurğulayıb.

BDYPİ sürücüləri məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərini görməyə, yolda dayanmış avtomobillərlə qarşılaşdıqda isə sürəti azaltmağa və ehtiyatlı davranmağa çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!