Xəbər verdiyimiz kimi, dünən səsvermə nəticəsində “Maşın” şoudan kənarlaşdırılan ilk iştirakçı Kərim Abbasov olub. Səsvermənin nəticəsinə görə 69,41 faiz səs toplayaraq K. Abbasova qalib gələn aşıq Namiq tənqid olunub
“Yeni Sabah” xəbər verir ki, teleaparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə ünvanlanan “Nəticə ürəyinizcə oldumu?” sualına sərt cavab verib:
“Namiq öz sənətinə görə SMS yığmadı ki. Dədə Şəmşirdən tutmuş, bütün nəslin adını çəkdi. Amma o heç vaxt o adını çəkdiyi adamların məclisində olmayıb. Bir sözlə, ayıb... Mən bu “Maşın”da 3 dəfə olmuşam, adını çəkdikləri heç ona bir səs də yollamayıb işləri-gücləri qurtarıb”. Toyuqlu pizza
Əsmətxanım


Telegram kanalımız