Bir yastıqda qocalmaq üçün bunlara əməl edin - 9 vacib şərt

saytların hazırlanması

Evə çatdırılma

Bir yastıqda qocalmaq üçün bunlara əməl edin - 9 vacib şərt

Sosial

25 Avqust 2023 15:26 859


Münasibətinizin ömür boyu davam edə biləcəyini göstərən bəzi nüanslar var ki, bunlara diqqət edərək qarşınızdakı şəxsin sizinlə sona qədər davam edib-etməyəcəyini öyrənə bilərsiniz. 

Avropalı mütəxəssislər bunu bilmək üçün 9 nüansın olduğunu araşdırıblar. 

Yenisabah.az cütlüklər arasında xoşbəxtliyin təməllərini oxucularına təqdim edir: pizza

1. Bir-birinizi dəyişməyə çalışmırsınız  

Bu fikir münasibətlərin başlanğıcında “Mən onun xarakterini həqiqətən bəyənmirəm, amma onu dəyişə bilərəm” deyə düşünən insanlarla bağlıdır. Təbii ki, münasibət boyu siz qarşı tərəfi bəzi dəyişikliklər üçün motivasiya edə bilərsiniz, amma onda həqiqətən bəyənmədiyiniz bir şey varsa və onu düzəldə biləcəyinizi düşünürsünüzsə, bu münasibətə başlamağa dəyməz.  

2. Partnyorunuzla ortaq maraq dairəniz var 

Uzun müddət münasibətdə olduğunuz zaman qarşı tərəfi artıq hərtərəfli tanımağa başlayır, nəyə necə reaksiya verəcəyini bilirsiniz. Bu mərhələdə bir-birinizi daha yaxından tanımaq üçün birlikdə vaxt keçirmək çox vacibdir. Məsələn, birlikdə kinoya gedə, şam işığında yemək yeyə və ya axşam gəzintisinə çıxa bilərsiniz. 

3. Hər ikiniz ortaq gələcəyə hazırsınız 

Əgər siz ailə həyatına hazırsınızsa, amma sevdiyiniz şəxs evlənmə təklifini gecikdirirsə bu, sizin üçün çox məyusedici ola bilər. Münasibətlərin başlanğıcında tərəfdaşınıza daha yaxından baxmaq və onun sizinlə eyni prioritetlərə sahib olub-olmadığını öyrənmək daha yaxşıdır. O da sizinlə eyni şeyi istəyirmi? Əgər cavab bəli olarsa, şübhə etmədən münasibətə başlaya bilərsiniz 

4. Həyatda eyni prioritetlərə sahibsiniz 

Həyat məqsədləri fərqli olan iki insanın gələcəkdə bir yerdə yaşaması çox çətindir. Məsələn, partyorunuz sizin işləməyinizi yox, özünüzü evə həsr etməyinizi istəyir, siz isə ailədə tək işləyənin kişi olmağını istəmirsiniz. Bu kimi mövzuları ciddi münasibətə başlamazdan öncə danışmaq, ortaq qərara gəlmək lazımdır .

5. Ev işləri mövzusunda eyni fikirdəsiniz 

Həyatınızın iş bölgüsünə görə alt-üst olmağını istəmirsinizsə, evlənməzdən əvvəl partnyorunuzla ən azı bir ay birlikdə yaşamaq yaxşıdır. Əgər siz bütün əşyalarınızı səliqə-səhmanda saxlayan birisinizsə, amma sevgiliniz evdə qoyduğu əşyanın yerini belə tapa bilməyən biridirsə, bu barədə ciddi şəkildə düşünməyə ehtiyac var. Özünüzə sual verin: dağınıq evə görə sonsuz mübahisələrə tab gətirə biləcəksinizmi? 

6. Maliyyə mövzusunda olan fikirləriniz eynidir

Büdcəsini planlaşdırmağa öyrəşməyən və hər alış-verişi böyük məsuliyyət hissi ilə edən insanlarla ortaq dil tapmaq çox çətindir. Maliyyə mövzusu çox həssasdır, buna görə də həyatınızı bu mövzuda sizinlə eyni fikirdə olan biri ilə paylaşmaq daha yaxşıdır. Əks halda, mübahisələrinizin birinci səbəbi bu ola bilər. 

7. Valideyn olmaq mövzusunda eyni fikirdəsiniz 

Cütlük uşaq sahibi olmaq qərarına gəldikdə, bu, onların münasibətlərinin sabit olduğunu göstərir. Lakin bu məsələdə bəzi gizli problemlər var. Məsələn, siz bir uşağın kifayət olduğunu düşünsəniz də, həyat yoldaşınız iki uşaq sahibi olmaqda israr edə bilər və ya uşaqların sağlamlığı ilə bağlı fərqli gözləntiləriniz ola bilər. Ona görə də bunları əvvəlcədən (ilk görüşdə yox!) müzakirə etmək daha yaxşıdır. 

8. Yumor anlayışınız eynidir 

Bəzən sağlam ailə həyatını qorumağa kömək edən yeganə şey yumor hissidir. 

9. Eyni sosial statusa sahibsiniz 

Hər hansı münasibətin başlanğıcında bu fərqlər çox vaxt diqqətdən kənarda qalır, çünki güclü sevgi hissi uyğunsuzluqları gözardı edir. Amma nəzərə alın ki, sizinlə eyni statusda olmayan partnyorunuz varsa, o, başqa cür böyüyüb, ən sadə şeylərə belə sizdən fərqli münasibət bəsləyir və buna görə də heç vaxt sizi tam başa düşməyəcək. Təbii ki, iki insan bir yerdə olmaq istəyirsə, bunun öhdəsindən gəlməyi çətinliklə də olsa, bacaracaq. Ancaq nəzərə alın ki, böyüdüyünüz mühitlər oxşar olsa, yola getməyiniz daha rahat olacaq.

Gülxanım Əliyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!