“Verdiyimiz zəhərli məhsula tamaşaçı öyrəşib“ - Rövşanədən inanılmaz etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Verdiyimiz zəhərli məhsula tamaşaçı öyrəşib“ - Rövşanədən inanılmaz etiraf

Şou

28 Fevral 2023 09:56 2130


“Mən etiraf edirəm ki, bunda mənim də payım var. İndi o insanlara ciddi proqramı, maarifləndirici mövzuda olan verilişi təqdim edəndə, baxmaq istəmirlər. Təəssüf ki, biz zamanında bərbad etdik”.

Yenisabah.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu aparıcı Rövşanə Ağasəfqızı deyib.

O bildirib ki, zamanında izləyiciyə reytinq üçün keyfiyyətsiz proqramlar təqdim ediblər:  pizza sifarişi

“Gətirdik qoyduq ki, bu reytinq gətirir, pul gətirir. Tamaşaçı da, televiziya da  ona öyrəşdi. Televiziya gördü ki, həmin məhsul pul gətirir. Nə gözəl... Tamaşaçı da o bayağılığa öyrəşdi. Həmin reytinq də kəfən ipi kimi boğazımızdan yapışıb. İçi mən qarışıq, bunun qurbanına çevrilmişik.

Mən jurnalistəm, gedib nə ginekoloq, nə stomotoloq ola bilərəm. Deyilənləri etməyə məcburam. Bir zamanlar verdiyimiz zəhərli məhsula tamaşaçı öyrəşib. İndi isə nə qədər çalışsaq da, maarifləndirici proqramlar hazırlasaq da, tamaşaçı deyir ki, mən bunu istəmirəm. Mənə əvvəlki şounu, bayağılığı istəyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!