Bircə bu çatmırdı: İtlərdən insana keçən yeni koronavirus aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bircə bu çatmırdı: İtlərdən insana keçən yeni koronavirus aşkarlandı

Sosial

22 May 2021 10:56 1297


ABŞ və Malayziyadan olan alimlər itlərdən insana keçən koronavirus aşkar ediblər.

Yenisabah.az xəbər verir ki, koronavirusun bu növünə əvvəllər rast gəlinməyib.

2018-ci ildə alimlər Malayziyada sətəlcəmdən müalicə alan 300-dən çox xəstənin burnundan yaxma götürərək analiz ediblər. Dördpendirli pizza

Onların yeddisi uşaq olmaqla, səkkizində əvvəllər aşkarlanmamış koronavirus tapılıb.

Alimlər onu CCoV-HuPn-2018 adlandırıblar.

Yayımlanmış tədqiqatda qeyd edilir ki, əvvəllər yalnız itlərə yoluxan CCoV-HuPn-2018 insanlara keçməyə başlayıb.

Virusun insandan insana keçə biləcəyi və insan immunitetinin bunun öhdəsindən necə gələcəyi hələ məlum deyil.

Əgər epidemioloji tədqiqatlar təsdiq edilsə, bu artıq insanların xəstələnməsinə səbəb olan səkkizinci koronavirus olcaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!