Birdəfəlik sığorta ödənişi edilən şəhid ailələrinin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Birdəfəlik sığorta ödənişi edilən şəhid ailələrinin sayı açıqlandı

Sosial

26 Yanvar 2021 13:09 789


Şəhidlərimizin üçdə ikisinin ailəsinə artıq birdəfəlik sığorta ödənişi edilib.

Yenisabah.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, qalan ailələrə ödənişlərin edilməsi üçün vərəsəlik işləri açılıb: pizza

“Müvafiq qurumların hamısı şəhid ailələrinə pulların dərhal ödənilməsi üçün səfərbər olunub. Bizim nazirlik tərəfindən də ailələrə ziyarət işləri aparılır”.

B.Hüseynov əlavə edib ki, müharibədə yaralananların 80 faizinin yaxının evinə ziyarət edilib: “Onların ailələrinin ehtiyacı olduğu dəstək forması müəyyən edilib. Ailə üzvlərinin mənzil şəraitinin ilkin qiymətləndirilməsi aparılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!