Birgə monitorinqlər Binəqədi rayonunda davam etdirilib

saytların hazırlanması

Evə çatdırılma

Birgə monitorinqlər Binəqədi rayonunda davam etdirilib

Sosial

22 İyul 2022 16:08 1405


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında aparılan birgə monitorinqlər Binəqədi rayonunda davam etdirilib. 

İcra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən təşkil edilmiş monitorinq qrupları rayon  ərazisində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində reydlər keçiriblər.

Monitorinqlər zamanı küçə və prospektlərdə, park  və məhəllələrdə aparılan müşahidələrin nəticəsindən asılı olaraq yaşıllıq zolaqlarının salınması,  küçələrin  işıqlandırılması,  asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.   Dördpendirli pizza

Növbəti mərhələdə hazırlanan təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.

Xatırladaq ki,  daha əvvəl Səbail,  Yasamal, Suraxanı və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri əsasında bir sıra küçə və prospektlərdə səkilər təmir edilmiş,  ağaclar budanmış,  yaşıllıqlar salınmış,  işıqlandırma sistemləri qurulmuş və digər abadlaşdırma işləri görülmüşdür.   


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!