Azərbaycanda Bakı Dövlət Universitetində (BDU) çalışan ən yaşlı müəllimin önümüzdəki günlərdə 93 yaşı tamam olacaq.
Yenisabah.az-ın məlumatına görə, həmin şəxs Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikovadır.
65 yaşlı müəllimlərin təqaüdə göndərildiyi bir vaxtda 80-90 yaşlı pedaqoqların ali ntəhsil ocaqlarında dərs deməsi nə dərəcədə düzgündür? pizza sifarişi
Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda bütün idarə və təşkilatlarda çalışmanın ən yüksək yuxarı yaş həddi 65-dir:
“Ali təhsil müəssisələrində isə vəziyyət tamamilə fərqlidir. Orta təhsil məktəbləri şəxsiyyət yetişdirdiyi halda, ali təhsil müəssisələri kadr yetişdirir”.
Təhsil ekspertinin sözlərinə görə, yaşın çox olması həmin şəxsin peşəkar kadr hazırlığı təcrübəsinə malik olması deməkdir:
“Universitetlərdə 90 və daha çox yaş çərçivəsində müəllimlərin fəaliyyət göstərməsi normal haldır. Azərbaycanda ali təhsil müəssisələrində bu məsələ ilə bağlı xüsusi bir yaş həddi yoxdur”.
K.Əsədov onu da vurğulayıb ki, hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində, həmçinin orta ixtisas təhsil müəssisələri də daxil olmaqla 250.000-dən çox tələbə oxuyur:
“Buna baxmayaraq, Azərbaycanda ali təhsilli mütəxəssislərimiz sayca azlıq təşkil edir. Yaşın çox olması o demək deyil ki, tələbələr bu dərsə biganə yanaşacaq. Bu, tələbənin məsuliyyətindən asılıdır”, - deyə o yekunlaşdırıb.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız