Birinci Qarabağ müharibəsinin itkin şəhidi Möysüm Murad oğlu Əliyev bu gün Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında dəfn olunub.
"Yeni Sabah" xəbər verir ki, əvvəlcə itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb.
Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. pizza sifarişi
Möysüm Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1994-cü il Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Telegram kanalımız