Birinci sinfə qəbulla bağlı sənəd verənlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Birinci sinfə qəbulla bağlı sənəd verənlərin sayı açıqlandı

Sosial

17 Avqust 2023 15:27 508


2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bu günədək birinci sinfə qəbulla bağlı ümumən 128 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 113 nəfəri oğlan, 60 226-sı isə qızdır. Pepperoni pizza

115 840 nəfər Azərbaycan bölməsi, 11 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib.

Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!