“Bizi nəinki tənqid, hətta təhqir edirlər, amma fikir vermirik” - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Bizi nəinki tənqid, hətta təhqir edirlər, amma fikir vermirik” - Əməkdar artist

Şou

21 İyul 2022 10:48 1224


Televiziyalarda yayımlanan sosial verilişlər hər zaman tənqid hədəfi olur. Hər kəs düşünür ki, bu cür verilişlər insanların psixologiyasına pis təsir edir, yayımdan qaldırılmalıdır və s. Lakin maraqlı bir məqam var ki, sosial verilişlərin reytinqi hər zaman çox yüksək olur. 

Buna baxmayaraq, həmin verilişlərdə ekspert qismində çıxış edən məşhurlar tez-tez tənqid olunur, onların problemlərlə bağlı fikir bildirməyə haqqlarının olmadığı iddia edilir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Nahidə Orucova deyib ki, onlar insanlara örnək olmaq üçün efirlərə çıxırlar: Dominos pizza

“Biz məşhurlar sosial verilişlərə dəvət olunuruq və gedirik. Bəzən insanlar verilişə baxmasa da orada ekspert qismində tanıdığı, sevdiyi, pərəstişkarı olduğu məşhuru görəndə oturub baxır. Hər halda, biz insanların qarşısına nümunə kimi çıxırıq. Hər hansı obrazımızla, rolumuzla insanların ürəyinə yol tapmışıq və bizim fikrimiz onlar üçün maraqlıdır. Bu həyat keşməkeşli həyatdır və biz bu həyatda müxtəlif anlarla rastlaşırıq. Bu problemləri də özümüz həll edirik, heç kəsdən xahiş etmirik ki, gəlib bizim problemlərimizi həll etsin. Min dənə problemimiz olur, hamısı ilə tək mübarizə aparırıq. Sosial verilişlərə  problemlərlə, xəstəliklərlə çıxan insanlar olur. Biz o xəstələrə də kömək oluruq, maddi dəstək olur, insanları buna səsləyirik. Çalışırıq ki, hər kəsə yardım edə bilək və bu mövzuda fikirlərimiz insanlara çox maraqlıdır, çünki bizim həyatımız da onlara maraqlıdır”.

Aktrisa qeyd edib ki, sosial şəbəkələrdə onu sərt tənqid, hətta təhqir edənlər də olur, lakin o, bu tip rəylərə fikir vermir:  

“Bizlər bu gün sosial şəbəkələrdə tənqidlərə tuş gəlirik. Bu adətən, hansısa verilişdə dediyimiz bir cümləyə görə olur. Amma hər bir halda tamaşaçı bizim fikirlərimizlə razılaşır. Bizi küçədə, şəhərdə görəndə yaxınlaşırlar, deyirlər ki, filan problemim var, mənə kömək et. Biz hətta həyatda da onlara kömək etməyə çalışırıq, nəinki verilişdə. Onları hansısa həkimə, hüquq-mühafizə orqanlarına yönləndirirk. Bizim fikirlərimiz onların hər birinə örnəkdir. Biz həmin verilişlərdə ekspert kimi çıxış edir, insanların problemlərinin həllinə cüzi də olsa, yardım edirik.  Sosial şəbəkələrdə yazılan şərhlər məhz şəxsiyyətdən asılıdır. Bəzən pis şeylər yazır, hətta təhqir edirlər, ancaq biz onlara fikir vermirik, çünki onlarsız da olmaz. Əgər insanı 100 nəfər sevirsə, onların içində 1-2 nəfər sevməyə də bilər, bu normaldır. Məsələn, verilişlərə üz tutan insanlar yardım istəyir və biz sənət adamlarının geniş çevrəsi var, efir vasitəsilə öz tanışlarımıza, yaxınlarımıza müraciət edirik ki, bu şəxsə yardım edin. Həqiqətən də bu çağırışlar nəticəsiz qalmır və bizim ətrafımızdakılar yardıma ehtiyacı olanlara mütləq əl uzadırlar”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!