“Bizim məmurlar heç metronun nə rəngdə olduğunu bilmir” 

saytların hazırlanması

Evə çatdırılma

“Bizim məmurlar heç metronun nə rəngdə olduğunu bilmir” 

Sosial

14 Aprel 2023 16:05 1656


“Bakıdakı tıxacların səbəblərindən biri əhalinin bu məsələyə olan münasibətidir. Məsələn, Yaponiyan paytaxtı Tokionun 22-23 milyon əhalisi var. Baxın, görün, küçələrdə tıxac var? Bir dənə olsun belə yoxdur! Çünki əhalinin əksəriyyəti gün ərzində ictimai nəqliyyatdan – metro və avtobusdan istifadə edir. Hansı ki, bizdə də bu, var. Yəni bunu istifadə etmək mümkündür”.

Bu sözləri Yensiabah.az-a açıqlamasında tanınmış memar, Bakının sabiq baş memarı Elbay Qasımzadə deyib.

Tanınmış arxitektor Bakının tıxac probleminə münasibət bildirib. Sezar pizza

E. Qasımzadə söyləyib ki, paytaxtda yaşayan elə ailələr var ki, səhər evindən 3-4 maşın çıxır:

“Bağçaya gedən də maşınla gedir, universitetə gedən də, məktəbə gedən də... Əlbəttə ki, bu, şəhəri artıq dərəcədə yükləyir və problemlər yaradır. İndi həyatdır, varlısı da ola bilir, kasıbı da. Amma insan var ki, fərli bir evi yoxdur, amma gedib 50 il bundan qabaq istehsalatdan çıxmış maşın alır. Beləliklə, o da şəhərdə maşınla gəzir. Bu, insanlardan və insan mədəniyyətindən asılıdır”.

“Yenə də təkrar edirəm ki, Tokioda bir dənə də tıxac adında bir şey yoxdur. Küçələr bomboşdur, taksilər işləyir və nadir hallarda fərdi nəqliyyat vasitələri gözə çarpır. Baxırsan, görürsən ki, geyimli-kecimli, yaxşı yerdə çalışan, kifayət qədər yüksək rütbəsi olan adamdır, amma metrodan çıxır. Deyin görüm, bizim hansı məmurumuz metro ilə gedib-gəlir? Onlar heç metronun nə rəngdə olduğunu belə bilmirlər. Bunların hamısı buradan irəli gələn şeylərdir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!