“Premium Bank” ASC 2026-cı ilin III rübünün kredit portfeli üzrə struktur göstəricilərini açıqlayıb.
“Yeni Sabah”ın bankın təqdim etdiyi rəsmi hesabat əsasında apardığı təhlilə görə, qurumun cəmi kredit portfeli 496 milyon 468 min manat təşkil edib. Kredit portfelinin sektorlar üzrə bölgüsündə biznes kreditləri açıq şəkildə üstünlük təşkil edir; belə ki, hesabat dövründə biznes kreditlərinin həcmi 357 milyon 733 min manat olub ki, bu da ümumi portfelin əsas hissəsini əhatə edir. Eyni zamanda, istehlak kreditləri 65 milyon 586 min manat, daşınmaz əmlak kreditləri isə 73 milyon 149 min manat təşkil edib.
Bankın kredit portfelinin təminat üzrə bölgüsü də maraqlı mənzərə ortaya qoyur; məlumata əsasən, portfelin 75 milyon 59 min manatı heç bir təminatı olmayan kreditlərin payına düşür. Təminatlı kreditlərin strukturunda isə daşınmaz əmlak ipotekası və nağd vəsaitlər əsas yer tutur. Belə ki, nağd vəsaitlərlə təmin olunan kreditlər 148 milyon 548 min manat, daşınmaz əmlakla təmin olunan kreditlər 143 milyon 544 min manat, qarantiyalarla təmin olunan kreditlər 11 milyon 794 min manat, digər təminat növləri isə 117 milyon 522 min manat təşkil edib. Portfelin təxminən 15 faizinin tam şəkildə nağd vəsaitlərlə, təxminən 29 faizinin isə daşınmaz əmlakla girovlaşdırılması bankın kredit risklərini minimuma endirmək istiqamətində apardığı siyasətdən xəbər verir. pizza hut
Portfelin müddətlər üzrə təhlili göstərir ki, kreditlərin mütləq əksəriyyəti qısamüddətli və orta müddətli dövrü əhatə edir, portfelin 488 milyon 611 min manatdan çox hissəsi ilkin mərhələdə tənzimlənir, qalan hissədə isə müxtəlif gün aralıqları üzrə kiçik həcmli qalıqlar və gecikmələr qeydə alınıb.
Cəlalə Cəlalqızı
Telegram kanalımız