BMT Əfqanıstana ərzaq yardımını dayandıra bilər

saytların hazırlanması

Evə çatdırılma

BMT Əfqanıstana ərzaq yardımını dayandıra bilər

Dünya

18 Mart 2023 09:47 682


Bu ilin mart ayında maliyyə çatışmazlığı BMT-nin Dünya Ərzaq Proqramını (DƏP) 4 milyon əfqanın həyat qurtaran yardımını kəskin şəkildə azaltmağa məcbur edib.

Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin saytında dərc olunmuş bəyanatda deyilir.

BMT-nin DƏP beynəlxalq ictimaiyyəti böhran içində olan ölkədə humanitar əməliyyatların maliyyələşdirilməsi üçün təcili vəsait ayırmağa çağırıb. Əks halda, fəlakətli aclıq bütün Əfqanıstanda geniş yayıla bilər. Sezar pizza

Ən azı 4 milyon əfqanın maliyyə çatışmazlığı səbəbindən mart ayında yaşamaq üçün ehtiyac duyduqlarının yalnız yarısını alacağı bildirilir.

Dünya Ərzaq Proqramı deyir ki, may ayında növbəti məhsul yığılana qədər ərzaq ehtiyatları tükənəcək.

Maliyyənin kəsintisi onsuz da acınacaqlı vəziyyətdə olan əfqanların uzun sürən qış havasından əziyyət çəkdiyi bir vaxta təsadüf edir. Aşağı temperatur, iqtisadi çətinliklərlə birləşərək milyonlarla insanı ümidsizliyə sürükləyib.

Ümumdünya Ərzaq Proqramı apreldə 13 milyon insana kömək etmək üçün təcili olaraq 93 milyon dollara və növbəti altı ay üçün 800 milyon dollara ehtiyac duyur.

2022-ci ilin avqust ayından bəri hər 10 əfqan ailəsindən doqquzu kifayət qədər ərzaq ala bilmir - bu, dünyada ən yüksək göstəricidir. 2023-cü ildə əhalinin üçdə ikisinin – 28 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!