BMT-nin baş katibi Bakı ilə İrəvan arasında bəyannamənin imzalanmasını alqışladı

saytların hazırlanması

Evə çatdırılma

BMT-nin baş katibi Bakı ilə İrəvan arasında bəyannamənin imzalanmasını alqışladı

Siyasət

09 Avqust 2025 20:43 301


BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın birgə bəyannamə imzalamasını alqışlayıb və bunu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması yolunda mühüm mərhələ hesab edib.

"Report"un xəbərinə görə, bu barədə dünya təşkilatının rəhbərinin ofisinin jurnalistlərə yaydığı məlumatda deyilir.

“Baş katib Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın davamlı dialoqa və etimadın yaradılmasına sadiqliyini alqışlayır, bu məsələdə irəliləyişə nail olmaq üçün Prezident Trampın səylərini qəbul edir. Baş katib BMT-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səylərə güclü dəstəyini bir daha təsdiqləyir”, - bəyanatda deyilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!