BMT-nin İlham Əliyevin təklifini qəbul etməsi Azərbaycanın dünyadakı mövqeyini göstərir
03 Dek 2020 21:23
469

BMT-nin İlham Əliyevin təklifini qəbul etməsi Azərbaycanın dünyadakı mövqeyini göstərir

Nəhayət ki, COVİD-19-a qarşı Ümümdünya müzakirəsi baş tutmaqdadır. Bu da dekabrın 3-də BMT Baş Assambleyasında baş tutacaq. Xüsusi sessiyada dövlət və hökumət başçıları çıxış edəcək.

Müzakirənin keçirilməsinin Azərbaycan üçün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, təklif Prezident İlham Əliyevdən gəlib.

Hələ neçə ay əvvvəl Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının online iclasında COVİD-19 məsələsini xüsusilə qabartmış, üzv ölkələrin bir-birinə yardım göstərməli olmalarına dair təkliflər vermişdi. Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti dünya səviyyəli pandemiyanın BMT-də müzakirəsini vacib saymışdı. Budur, həmin tarix elan edildi. BMT Azərbaycan rəhbərinin təklifini qəbul etdi.   

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində xüsusi sessiyanın açılış mərasimində ali heyətin tərkibində 5-ci yerdə çıxış edəcək və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdıracaq. Prezident İlham Əliyevdən əvvəl Baş Assambleyanın Prezidenti Volkan Bozkır, BMT-nin Baş katibi Antonio Quterres, İqtisadi və Sosial Şuranın Prezidenti Munir Əkrəm, Təhlükəsizlik Şurasının dekabr ayında fəaliyyətdə olan sədri Jerry Matthews Matjila çıxış edəcəklər.

Qeyd edək ki, dünya sakinlərinin pandemiyadan əziyyət çəkməsi azalmaqdansa, artım tempi ilə sərhədlər aşmaqdadır. Artıq 1,3 milyon insan vəfat edib. 54 milyon insan hələ də bu xəstəlikdən əziyyət çəkir. Ona görə də Prezident İlham Əliyevin təklifinin adıçəkilən ali qurumda müzakirəyə çıxarılması təhlükənin aradan qaldırılması üçün əhəmiyyətli addım oldu. Tarixi sessiyada Azərbaycan Prezidentinin 5-ci çıxış etməsi isə xüsusilə qeyd edilməlidir. Məhz bu məqam göstərir ki, Azərbaycanın dövlət başçısı xüsusi hörmətə malikdir və fərqli status apardığı siyasətin nəticəsidir. Həm də vacib məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev 120 ölkənin adından çıxış edərək ümumi problemləri dünya ictimaiyyətinin nəzərinə çatdıracaq. 155 ölkə arasında 7-ci sırada çıxışında isə Azərbaycan Prezidenti qismində çıxış edəcək. Dünyanın ali orqanının tribunasında bir ölkə rəhbərinin 2 dəfə çıxış etməsi, razılaşaq ki, onun şəxsi nüfuzunun beynəlxalq aləmdəki göstəricisindən xəbər verir.

Azərbaycan Prezidentinin təklifinin BMT qurumu tərəfindən qəbul edilməsi həm də dövlət başçısının bu istiqamətdə apardığı siyasətin və operativ təşkilatçılığının nəticəsidir. Təsadüfi deyil ki, məhz Azərbaycanda COVİD-19 sahəsində operativ qərargah yaradıldı, müasir standartlara uyğun laboratoriyalar gətirildi, gələcək xəstə sayının qəfildən artma ehtimalını nəzərə alaraq modul tipli xəstəxanalar quraşdırıldı. Xatırlayırsınızsa, xəstəliyin yenicə başladığı günlərdə təkcə maska məsələsinə görə ölkələr arasında gərginlik yaranmışdı. Bəzən bir ölkənin digər ölkəyə göndərdiyi masklalar gömrük orqanları tərəfindən mənimsənilir, bəzən maska çatışmazlığı həmin ölkələrin sakinlərinin vaxtından tez dünyalarını dəyişməsi ilə nəticələnirdi. Amma Azərbaycanda maska gərginliyi tez müddət ərzində aradan qaldırıldı. Gün ərzində minlərlə maska istehsal edən fabrik inşa olundu. Azərbaycan hökuməti bununla kifayətlənmədi. Ümümdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə düzgün şəkildə əməl etdi, üstəlik elektron və yazılı KİV-lə geniş təbliğat işləri aparıldı. Xəstəliyin qarşısının tez bir müddətdə alınması üçün Türkiyə və Kubadan həkimlər gətirildi. Dünya ölkələri Azərbaycanın apardığı operativ təşkilati işləri yüksək dəyərləndirdi. Məhz bu məqamlar Prezident İlham Əliyevin təklifinin BMT ali orqanında müzakirəyə çıxarılmasını şərtləndirdi. Azərbaycan Prezidenti istər Türk Şurası, istərsə də Qoşulmama Hərəkatının aprel və may aylarında dövlət və hökumət başçıları səviyyəsində onlayn zirvə toplantılarında xüsusilə vurğulamışdı ki, COVİD-19-a qarşı mübarizə çərçivəsində hansısa ölkənin özünü təcrid etməsi, sanki bu problemin ona aidiyyatı olmaması barədəki siyasəti düzgün deyil. Əksinə, bu məsələ əl-ələ verərək, birgə siyasətlə həllini tapmalıdır. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin dəstəklədiyi təklifin ardınca BMT-nin 150-dən çox üzv dövlətinin bu işə səs verməsi, beynəlxalq aləmin Azərbaycana bəslədiyi hörmət və inamın növbəti təzahürü oldu. 

Onu da nəzərə alaq ki, 2-ci Dünya Müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan COVİD-19 pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində reallaşdı. Bununla, Azərbaycan belə önəmli mövzuda qlobal liderliyi öz üzərinə götürdü. Bu isə o deməkdir ki, Azərbaycan dünyada “orta güc”dür. Təsəvvür edin, ərazisi və əhalisi çox böyük olmayan ölkə qlobal səviyyədə necə nəhəng işlər görə bilir.   

Azər Qismət

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər