Bodrum və Dalaman kurortlarına uçuşlara başlanılır

saytların hazırlanması

Evə çatdırılma

Bodrum və Dalaman kurortlarına uçuşlara başlanılır

Sosial

21 May 2021 18:17 892


İyunun 25-dən etibarən AZAL Bakıdan Türkiyənin Bodrum və Dalaman kurort şəhərlərinə xüsusi uçuşlar həyata keçirməyə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata əsasən, Bakı-Bodrum-Bakı istiqaməti üzrə uçuşlar hər gün, Heydər Əliyev Beynəlxalq Aeroportundan Dalaman şəhərinə uçuşlar isə həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək.

Qeyd edilib ki, aviadaşıyıcı digər kurort şəhəri - Antalyaya da uçuşlar həyata keçirir. pizza mizza

Türkiyənin bütün istiqamətləri üzrə aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, habelə aviaşirkətin akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan sərnişinlər qəbul ediləcək.

Bakı-Bodrum və Bakı-Dalaman istiqaməti üzrə reyslərin sərnişinləri:

- Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyə ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytına keçid linkindən tanış ola bilərsiniz.     

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib. 

Bodrum-Bakı və Dalaman-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə keçiddən istifadə etməklə tanış ola bilərsiniz.

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Türkiyədən uçduğunuz zaman, “Memorial Sağlık Grubu” klinikaları və ya ölkənin Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan birində testdən keçə bilərsiniz. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdır.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!