Bölgələrdə kirayə evlərin qiyməti artıb. Xüsusilə də istirahət üçün üz tutulan həyət evləri, koteclər və son illərin dəbi olan “A” formalı evlərin qiymətində artım müşahidə edilir.
Yenisabah.az xəbər verir ki, kirayə evlərin qiymətləri yerləşdiyi bölgədən asılı olaraq dəyişir. Məsələn, İsmayıllıda evlərin 1 günlük qiyməti 50 manatdan başlayır, 500 manata qədər dəyişir.
Bu rayonda olan rieltorlar deyirlər ki, turistlər hazırda daha çox “A” formalı evlərə üstünlük verirlər: Sezar pizza
“A tipli evlərin də qiyməti 100-150 manat civarı olanlar hovuzsuzdur, 150-dən 400 manata qədər olanlar isə hovuzludur. Kənd evlərinin isə qiyməti 50-60 manat 2 otaqlı, 80-100 manat 3 otaqlı, 100-150 manatlıq olanlar isə 4-5 otaqlıdır.
Rieltorlar bildirirlər ki, yaya doğru qiymətlərin artacağı gözlənilir.
Şəkidə isə kirayə evlərin qiyməti adambaşına gündəlik 10-25 manat, ailə ilə 60 manatdan 350 manata kimidir.
Zaqatalalı rieltorlar isə deyirlər ki, evlərin yerləşdiyi yerlərdən asılı olaraq, qiymətlər minimum 50-60 manatdan başlayır.
Mövzu ilə bağlı Xəzər TV-nin süjetini təqdim edirik:
Telegram kanalımız