Bölgələrdə xərclədiyin pulla Türkiyə, Gürcüstan və ya Misirə getmək olar – Aşıq Namiq

saytların hazırlanması

Evə çatdırılma

Bölgələrdə xərclədiyin pulla Türkiyə, Gürcüstan və ya Misirə getmək olar – Aşıq Namiq

Şou

12 İyul 2024 12:16 1056


Artıq yay mövsümü start götürüb. Məşhurlar əvvəldən istirahət planlarını qurublar. Onlar Türkiyə ilə yanaşı, dünyanın müxtəlif istirahət mərkəzlərinə üz tutacaq, ölkəmizin səfalı guşələrində istirahət edəcəklər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aşıq Namiq Fərhadoğlu hələ ki, istirahətə çıxa bilmədiyini deyib:

“3 aydan çoxdur ki, bulvarda restoran açdığım üçün istirahətimi çox vaxt orada edirəm. Hələ ki, başım o qədər qarışıqdır ki, istirahət barədə düşünə bilmirəm. Amma İnşallah bu yay istirahətə də vaxt ayıracağam”. Dominos pizza

Sənətçi yay ayı bitənə kimi istirahət planlarını gerçəkləşdirəcəyini qeyd edib:

“Bildiyiniz kimi, mən gədəbəyliyəm. Gədəbəy özü istirahət üçün çox gözəl bölgələrdən biridir, dağları, bağları, meşələri, bulaqları çox səfalıdır. Fikrimdə var ki, mütləq Gədəbəyə də gedim. Çox güman ki, yay bitənə qədər qardaş ölkə Türkiyənin ya Antalya, ya da Bodrum şəhərlərinə gedərək azı bir həftə istirahət edəcəyəm. Dostlarımla belə bir planımız var.

Avqust ayında isə fikrim var ki, Ərbəin ziyarətinə, Kərbəlaya gedim. Bu yay üçün planlarım budur”.

Aşıq bölgələrimizdə qiymətlərin kifayət qədər yüksək olduğunu deyib:

“Bölgələrimizdə qiymətlər bahadır, mən tez-tez bölgələrdə oluram və müşahidələrim əsasında bunu deyə bilərəm. Qubada, Şamaxıda, Qəbələdə qiymətlər çox bahadır. Həmin bölgələrdə 1 həftə qalırsan, görürsən ki, elə Türkiyə, Gürcüstan və ya Misirə getsən də eyni pulu xərcləmiş olacaqsan. Ona görə bir çox adam bölgələrimizdənsə, xaricə üz tutmağı üstün tutur”.

Əsmətxanım Rzazadə  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!