"Donald Tramp həmişə tanınmış dünya liderləri ilə çox güclü əlaqələri ilə öyünür, amma əslində, bu liderlər Trampın gülərüzlü axmaq olduğunu düşünürlər".
Yenisabah.az “Politico”ya istinadla xəbər verir ki, bunu keçmiş administrasiyanın milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
Xatırladaq ki, Tramp bu yaxınlarda ikinci müddətə prezident seçilsəydi, Ukraynada müharibənin heç vaxt baş verməyəcəyini vurğulayıb. Sezar pizza
Con Boltonun fikrincə, buna inanmaq çətindir.
O, dünya liderlərini, xüsusən də Rusiya, Çin və Şimali Koreya liderlərini xatırladıb: "Tramp bu liderlərlə danışanda mən orada idim. Düşünürəm ki, onlar Trampın gülən axmaq olduğunu düşünürlər. Trampın Ağ Evdə olduğu halda Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzünün qarşısını hansısa yolla ala biləcəyi fikri tamamilə yanlışdır".
Sabiq rəsmi əlavə edib: "Söhbət müharibədən gedəndə Tramp qalib gəlmək və uduzmaq barədə düşünmür. O, 2020-ci il seçkilərində qalib gəlsəydi, NATO-nu zəiflətmək səylərində Rusiyaya kömək edəcəkdi. Hətta rusların Ukraynanı fəth etməsini asanlaşdırardı".
Telegram kanalımız