“Boşanırlar, sonra kişi gedib sevgilisi ilə kef edir...” – Xalq şairindən sərt sözlər 

saytların hazırlanması

Evə çatdırılma

“Boşanırlar, sonra kişi gedib sevgilisi ilə kef edir...” – Xalq şairindən sərt sözlər 

Sosial

18 May 2023 16:01 15566


Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq şairi Vahid Əziz iddia edib ki, boşanmadan sonra daha çox qadınların mülkiyyət hüquqlarının pozulur:

“Mən bir məsələni həmişə gündəmə gətirib demişəm, halbuki bunu Milli Məclisdə deputatlar səsləndirməlidir. Bəzən görürsən ki, cütlüklər evlənirlər sonra kişi gedib başqa birinə aşiq olur və ayrılır. Bizim qanunlara görə boşandıqda cütlüklərin birgə əldə etdiyi əmlak bölünür. Tutalım yaşadıqları 3 otaqlı mənzil var, həmin mənzil bölünür. Boşanırlar, bölgü olunur sonra kişi gedib sevgilisi ilə kef edir, arvad da qalır 2 uşaqla. Soruşmaq ayıb olmasın, bu arvad uşaqları dədəsi evindən gətirməyib ki... Bu da bir əmlakdır. Necə olur ki, evi birgə əmlak kimi ikinizi bölürsünüz, bəs uşaqlar nolacaq? Ev satılır, bölünür arvad da 2 uşaqla qalır “Xruşşovka”da. pizza sifarişi

Bu məsələni Milli Məclisdə qadın deputatlar səsləndirməlidir ki, digər qadınlar da haqlarını tələb etsinlər. Ona görə feministlər çıxıb küçələrdə meydan sulayırlar. Çünki parlamentdə oturan qadınlar məsələyə müdaxilə etmirlər. Bu məsələ Azərbaycan qanunlarında öz əksini tapmalıdır ki, ərlə arvad ayrılanda uşaqlar kiminlə qalırsa, evdə uşaqların da payı olmalıdır. Belə olmaz!

Ona görə Azərbaycanda günü-gündən boşanmaların sayı artır, kimin kefi istəyir gedir boşanır. Bu gün boşanmaq evlənməkdən daha asan olub. Dünyanın heç bir ölkəsində bu qədər boşanma yoxdur. Bu qədər uşağı yiyəsiz, yetim qoyub hara gedir?  Atasız böyüyən uşağın tərbiyəsi yerində olmur. Belə olmaz”

Vahid Əziz qeyd edib ki, bu gün ölkənin ümumtəhsil məktəblərində çalışan pedaqoji heyətin əksər hissəsini qadınlar təşkil edir. Onun fikrincə, məktəblərdə qadın müəllimlərin çoxluq təşkil etməsi gününün çox hissəsini məktəbdə keçirən şagirdlərin psixologiyasında ciddi fəsadlar yarada bilər:

“Bu gün Azərbaycan məktəblərində kişilər demək olar ki. Yoxdur, hamısı qadındır. Məktəbdə uşaq kişi tərbiyəsi görməlidir. Bizim Elm və Təhsil Nazirliyimiz məktəbləri qadın yığnağına döndərib. Bəs kişilər niyə dərs demir? Ya maaş azdır, ya da başqa məsələ var. Bunu çözmək lazımdır, çünki məktəbdə kişi işləməsə, şagirdlər özlərini məsuliyyətli hiss etməyəcək. Mən demirəm ki, kişi müəllimlər uşağın üzünə şapalaq vurmalıdır, xeyr, amma kişi kişidir. Mən xatırlayıram, bizim məktəbdə 70 müəllimdən 5-6-sı qadın olardı, qalan hamısı kişi idi. İndi amma kişi müəllim tapanda sevinirik. Bu, ciddi problemdir, təhsilimizin belini qıran və cəmiyyətin əxlaqına mənfi təsir  göstərən amillərdən biri məhz budur.  Bunu tək mən deməli deyiləm, başqaları da bu haqda danışmalıdır, lakin danışmırlar”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!