Boşanmaların qorxunc statistikası: “Bu, dəhşətli faktdır”

saytların hazırlanması

Evə çatdırılma

Boşanmaların qorxunc statistikası: “Bu, dəhşətli faktdır”

Sosial

20 Dekabr 2023 17:37 978


Ötən gün deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışında qızların ana olmaq istəməməsinin böyük problem olduğunu bildirib. 

 Deputat deyib ki, Azərbaycanda həmişə var olan möhkəm ailə institutu dağılır. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, qanunvericilikdə çoxuşaqlı ailələrin sayı məsələsinə baxmaq, uşağın sayını aşağı endirmək olar.  Marqarita pizza

Bəs görəsən,  Azərbaycan üçün neçə uşaqlı ailə modeli uyğundur?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan fəlsəfə doktoru, sosioloq Mail Yaqubov bildirib ki, bütün dünyada insan kapitalı azalır: 

“Əhali sayı məsələsi hər bir ölkə üçün ciddi əhəmiyyət daşıyan məsələlərdən biridir. Qonşumuz Rusiyada ölkə əhalisinin sayı hər il 800 min nəfər azalır. Dövlət nə qədər təşviq proqramları həyata keçirsə də, bu təsir etmir. Bunun həmin ölkə üçün obyektiv və subyektiv səbəbləri var. Avropa ölkələrində də vəziyyət belədir, artım yoxdur, bəzilərində hətta azalma var. Məsələn, İspaniyada, Portuqaliyada vəziyyət belədir. Hər bir ölkə üçün əsas sərmayelərdən biri insan kapitalıdır. Bu da ölkə vətəndaşları hesabına təmin olunur, mühacirlər tərəfindən yox. Ölkə vətəndaşı həmin ölkənin insan kapitalının əsasını təşkil edir. Deməli, əhalinin sayının azalması ölkə üçün ciddi narahatlıq yaradır. 

Ümumiyyətlə, son 20-30 ildə bütün dünyada insan sayında azalma müşahidə edilir”. 

Sosioloq bunun səbəbini texnologiyanın inkişafı ilə əlaqələndirib: 

“Modernləşmə, qloballaşma, texnologiyalaşma hansı ölkələrdə çoxdursa, bunun nəticəsində ailə institutu zəifləyir, çünki texnologiya rəngarənglik yaradır, insan həyatına olduqca çox rəng qatır. Rənglər çoxalırsa, insanlar arasında ünsiyyət azalır, insanların diqqətini texnologiya bir-birindən ayırır və özünə çəkir. İnsan texnoloji rənglərə bağlanır, başqa bir insana yox. Bu da təbii olaraq, insanların bir-birinə qarşı olan hissini zəiflədir, insanlar bir-birindən soyuyur, individuallaşma başlayır, tək yaşamağa meyl artır. Məsələn, İsveçdə əhalinin 35 faizi tək yaşayır. Bu, dəhşətli faktdır. Həmin ölkələrdə depressiya problemi də güclüdür. Bunun nəticəsində ailə institutu da zəifləyir, ailələr az qurulur. Bu zaman uşaq sahibi olmağa da meyl az olur”. 

M.Yaqubov Azərbaycandakı boşanmaların sayının hədsiz artdığını, bununla bağlı həyəcan təbili çalınmalı olduğunu qeyd edib: 

“Çox təəssüf ki, bu problem Azərbaycanda da var. Ölkəmizdə boşanmaların da sayı günü-gündən çoxalır. Statistika göstərir ki, boşanmaların əksəriyyəti evliliyin ilk 5 ilində olur. Bəzi ailələrdə ilk illərdə heç uşaq sahibi də olmurlar və boşanırlar. Bu da çox ciddi problemdir. Statistika göstərir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 35 min nikahdan 19 mini boşanma ilə nəticələnib, bu da dəhşətli rəqəmdir. Az qala, boşanmalar 50 faizə çatır.

Mənim fikrimcə, ailələrin möhkəmlənməsi üçün ciddi təbliğat aparılmalıdır. Bu, mütləq təsirli ola bilər. təbii ki, boşanmaların obyektiv və iqtisadi səbəbləri var, amma təkcə iqtisadi səbəblər boşanmaya gətirib çıxarmır. Boşanan ailələrin hamısında problem iqtisadi deyil, emosional problemlər, depressiya var, ailədaxili konfliktlər var. Güclü təbliğat aparılmalıdır.

Azərbaycan üçün neçə uşaqlı ailə modelinin uyğun olduğunu demək bir qədər çətindir, amma düşünürəm ki, hər bir ailə 2-3 övlad sahibi olsa, yaxşı olar. Bu təbii ki, bir az subyektiv məsələdir, amma ümumilikdə deyə bilərəm ki, 1 uşaq da ölkədəki insan kapitalı məsələsini həll etmir, bu çox azdır”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!