“Boşatdırıb, aliment vermir, pulsuz qoyur və üstəlik də...” – Tolik xəbərdarlıqdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Boşatdırıb, aliment vermir, pulsuz qoyur və üstəlik də...” – Tolik xəbərdarlıqdan danışdı

Şou

22 Fevral 2023 17:51 811


“Bu mənim uğurumdur. Bu günə qədər apardığım şou xarakterli verilişlərlə bağlı heç bir xəbərdarlıq almamışdım...” 

Yenisabah.az xəbər verir ki, bunu “Ümid ilə gəl” proqramının aparıcısı Tarix Əliyev (Tolik) sosial şəbəkədə deyib.

Audiovizual şura tərəfindən verilişi xəbərdarlıq alan Tolik bunun onu daha da təkmilləşdirəcəyini qeyd edib: Marqarita pizza

“Bu gün Audiovizual Şura mənim də sosial verilişimi nəzərdən keçirib irad bildirirsə, bu, mənim gələcəkdə daha da təkmilləşməmə səbəb olacaq. Və adını çəkdiyim şəxs şəhid qızını oğluna alıb, sonra dünyaya gələn nəvəsi serebral iflic olduğunu biləndən sonra boşatdırıb, aliment vermir, pulsuz qoyur və üstəlik özü də qanunsuz sələmə pul verirsə, mənim üçün o, cinayətkardır!”

Qeyd edək ki, Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar keçirilən iclasda “MTV”nin efirində yayımlanan “Ümid ilə gəl” proqramında qeydə alınmış “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.14-cü maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulması faktı müzakirə olunub. Bununla bağlı sözügedən telekanala xəbərdarlıq edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!