“Böyük vəzifə tutmayanda böyük pullar qazanmaq, yaxşı yaşamaq olmur!” 

saytların hazırlanması

Evə çatdırılma

“Böyük vəzifə tutmayanda böyük pullar qazanmaq, yaxşı yaşamaq olmur!” 

Sosial

15 İyun 2023 15:14 1693


Ölkədə ali məktəb diplomu gəzdirmək qəribə bir dəbə çevrilib. 

Son illər Azərbaycanda ali təhsilə maraq xeyli artıb. Orta məktəbi bitirənlərin demək olar ki, əksəriyyəti ali təhsil almaq üçün sənəd vermək istəyir, elə çoxu da tələbə adı qazanır. Ancaq universitetləri bitirən tələbələrin əksəriyyəti öz oxuduqları sahələr üzrə işləmirlər. 

İnsanlar sanki övladlarının ali təhsilli olması üçün bir-biri ilə bəhsə girib. Hər bir valideyin çalışır ki, övladı ali təhsilli olsun. Təbii ki, vəziyyət belə olduqda peşə-texniki məktəblərinə də həvəs azalır.  Dominos pizza

Məsələ ilə bağlı Yenisabah.az-a tanınmış yazıçı-publisist Xeyrəddin Qoca danışıb: 

"Soruşursunuz ki, niyə valideyinlər övladlarına ali təhsil verməyə çalışırlar? Bu sual həmişə məni də düşündürür. Mən də soruşuram: Niyə? Onsuz da ölkədə əsl ali təhsil yoxdur!  "Ali" sözünün mənası çox dərindir. Təhsil verənlərin özlərinin ali təhsili olmur! Uzatmağa ehtiyac yoxdur, odur ki, ali təhsildən söz gedə bilməz! Siz soruşun ki, niyə valideyinlər uşaqlarına diplom almaq istəyirlər? Hə, bu başqa məsələdir. Diplomsuz dövlət vəzifələrinə qəbul etmirlər. Deməli, diplomsuz böyük-böyük vəzifələr tutmaq mümkün deyil! Böyük-böyük vəzifə tutmayanda böyük pullar qazanmaq, yaxşı yaşamaq mümkün olmur! 

Qaldı mütləq diplom almaq xatirinə oxumaq, baxın, buna qətiyyən ehtiyac yoxdur. Bərbər diplomlu adamlardan yaxşı yaşayır! Diplomlu adam aylıq maaş alır, həmin maaş da ayın ortasında qurtarır. Bərbərin isə pulu qurtarmır, ona hər gün müştərilərdən pul gəlir. Hətta, akademikin də pulu bəzən  bir aya çatmır, bərbərin pulu isə qurtarmır! Peşə ixtisası alanlar hamısı-televiziya təmiri ustası, maşın təmiri ustası,  mənzil təmir ustası və başqaları da bərbər kimi!.." 

Yazıçı qeyd edib ki, bu gün peşəsi olanlar ali təhsil diplomu olanlardan daha yaxşı yaşayır:   

"Məsələn, mən fikirləşirəm ki, yazı-pozu ilə xalqa nə xeyir verirəm? Ondansa, doğulduğum kənddə yaşayıb, toyuğa-cücəyə, mala-qoyuna baxsaydım, daha çox xeyir verərdim! 

Gəncliyimizdə işləməkdən, zəhmət çəkməkdən boyun qaçırırıq, yaşlaşanda hamımız belə düşünürük... 

Sözün qısası, diplom əməyi bir az yüngülləşdirir. Amma mən dövlətə, vətənə, xalqa çox böyük xeyir verən alimlərin, mütəxəssislərin, elm adamlarının çox lazım olduqlarını etiraf edirəm. Elmsiz həyat yoxdur! Lakin bu o demək deyil ki, mən qəzet çıxarmaqla, yaxud şeir, hekayə yazmaqla xalqa xeyir verəcəyəm... Xalqa mənəvi xeyirdən çox iqtisadi xeyir lazımdır. Şeir, hekayə, qəzet, kitab  oxumaqla insanlar yaşaya bilməzlər! Yox, demirəm onlar lazım deyil, onlar da lazımdır. Amma bizə şair xalq ona görə deməyiblər ki, yaza bilən də yazsın, yaza bilməyən də! Yaza bilməyən getsin, özünə peşə tapsın! Fotoqraf, maşın təmiri ustası, elektrik mantyoru, bərbər, sürücü... olsun. Hamının diplom almasına ehtiyac yoxdur. Onsuz da diplomlu adamların çoxu iş tapa bilmirlər, gedib ayaqqabı təmizləyən, su satan, restoranda xidmətçi, mühafizəçi, qarovulçu və s. işləyirlər! 

Düşünməyə ehtiyac var: Ali təhsil diplomu, yoxsa peşə təhsili?" 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!