Böyükşor gölü niyə yaşıla bürünüb? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Böyükşor gölü niyə yaşıla bürünüb? - Rəsmi açıqlama

Sosial

14 Avqust 2026 23:30 29


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən avqustun 14-də Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngli olduğu müəyyən edilib.

Xidmətdən "Yeni Sabah"a verilən məlumata görə, ilkin müşahidələrin nəticələrinə əsasən, yaşıl rəngin daşların səthinə yapışması, selikli və yığıntı formasında müşahidə olunması, eləcə də müxtəlif yaşıl çalarlara malik olması prosesin yosunlarda gedən fotosintez nəticəsində baş verdiyi ehtimalını gücləndirir.

Qeyd edək ki, avqust ayı su hövzələrində fotosintetik orqanizmlərin, o cümlədən bəzi yosun və sianobakteriyaların inkişafı üçün əlverişli şəraitin formalaşa bildiyi dövrə təsadüf edir. İsti su temperaturu, Günəş işığının intensivliyi və su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu belə orqanizmlərin sürətli inkişafına və lokal yığıntıların yaranmasına şərait yarada bilər. Toyuqlu pizza

Bu baxımdan, müşahidə olunan yaşıl kütlənin mövcudluğu mövsümi və təbii bioloji proseslərlə də əlaqəli ola bilər. Bununla belə, yalnız vizual müşahidələr əsasında yox, eyni zamanda, bu prosesin dəqiq mənşəyinin, tərkibinin və fiziki-kimyəvi göstəricilərinin müəyyən edilməsi məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyanın əməkdaşları tərəfindən nümunələr götürülüb. Hazırda nümunələr üzərində müvafiq laborator analizlər aparılır. Analizlərin nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!