BQXK hərbçimizin nəşinin qaytarılması üçün danışıqlar aparır
23 Sen 2019 12:31
160

BQXK hərbçimizin nəşinin qaytarılması üçün danışıqlar aparır

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşinin ərazidən təhlükəsiz təxliyyəsi üçün məlumatlandırılıb.

“Yeni Sabah” xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  "Report"a bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi məsələdən xəbərdardır və bununla bağlı müvafiq qurumlarla konfidensial ikitərəfli dialoq aparılır".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

 

Oxşar xəbərlər