Braziliya Vinisiusa görə FIFA-ya etiraz etdi

saytların hazırlanması

Evə çatdırılma

Braziliya Vinisiusa görə FIFA-ya etiraz etdi

İdman

26 İyun 2026 12:48 93


Braziliya millisi DÇ-2026-da Şotlandiya ilə oyunda Vinisius Juniorun ləğv edilən qolu ilə bağlı FIFA-ya rəsmi etiraz göndərib.

"Yeni Sabah" xəbər verir ki, Braziliya tərəfi qolun ləğvi turnirdə tətbiq olunan hakimlik meyarlarına uyğun olmadığını hesab edir.

Etirazın əsasını Argentina millisinin yarımmüdafiəçisi Aleksis Mak Allisterin Avstriya ilə oyunda cəzalandırılmayan qayda pozuntusu təşkil edir. Braziliya Futbol Konfederasiyası bildirir ki, həmin epizoddan sonra Lionel Messi ilk qolu vurub və hakimlər müdaxilə etməyiblər. pizza hut

Braziliya Futbol Konfederasiyasının açıqlamasında deyilir:

"Şotlandiya ilə oyunda ləğv edilən qol, bu turnirdə qəbul olunmuş hakimlik fəlsəfəsinə uyğun gəlmir. Qərar təkcə Braziliya üçün deyil, Şotlandiya futbolçuları üçün də gözlənilməz oldu. Onların reaksiyası göstərirdi ki, nə epizodun VAR-da izlənəcəyini, nə də qolun ləğv ediləcəyini gözləyirdilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!