Brilliant Dadaşova 1 milyon 200 minlik filmdə -   Video 

saytların hazırlanması

Evə çatdırılma

Brilliant Dadaşova 1 milyon 200 minlik filmdə - Video 

Şou

02 Sentyabr 2023 11:52 755


1990-cı illərdə Azərbaycan kinosu üçün o dövrdə astronomik məbləğdə film çəkilib. 

Yenisabah.az xəbər verir ki, 1 milyon 200 min rubla çəkilmiş bu film “Kənar adamlar” adlanır.

Quruluşçu rejissor Fərid Hümbətovun “Quşbazlar” hekayəsi əsasında lentə alınan kinoya “Bakı Metropoliteni” sponsorluq edib. Marqarita pizza

Film ötən əsrin 90-cı illərində Azərbaycan cəmiyyətində hökm sürən qarışıqlığı, insanların əqidə və milli dəyər itkisini, özünüaxtarış hissinin gənc oğlan və qızların həyatına necə təsir etdiyini əks etdirir. “Kənar adamlar”da müxtəlif dini-təriqətçi şəbəkələrin, “andeqraund” qruplarının Azərbaycanda kök salmasını da görmək mümkündür. Bundan başqa, filmdə kinematoqrafiyamıza xas olmayan yarıerotik səhnə də yer alıb. 

“Kənar adamlar”da bir çox tanınmış aktyorlar, o cümlədən Tofiq Mirzəyev, Larisa Xələfova ilə bərabər, gənc aktyorlar Elxan Cəfərov, Mehriban Xanlarova, Aqil M. Quliyev, Emin Mirabdullayev, Lalə Qiyasbəyli, Elxan Abbasov və s. çəkiliblər.

Maraqlı məqamlardan biri filmdə müğənni Brilliant Dadaşovanın da rol almasıdır. Titrlərdə adı göstərilməyən müğənni kübar məclis səhnəsində görünür.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!